Xarici ölkəyə ezamiyyə zamanı dəvət edən tərəflə bagli məsələlər necə tənzimlənir?  (10-cü yazı)

Xarici ölkəyə ezamiyyə zamanı dəvət edən tərəflə bagli məsələlər necə tənzimlənir?  (10-cü yazı)

MKS Academy-nin 7 dekabr 2024-cü il tarixdə təşkil edəciyi “Əmək haqqı: A-dan Z-yə” mövzusunda tematik təlimdə əmək haqqı gəlirləri ilə yanaşı, işçilərin ezamiyyə qaydalarında edilən son dəyişikliklər də daxil olmaqla normativ hüquqi sənədin tələbləri haqqında geniş məlumat veriləcək. Əyani və onlayn formada keçiriləcək tematik təlim saat 15:00 – 18:00-da həyata keçiriləcək. Təlim haqqında ətraflı məlumat almaq üçün 050-368-12-72 (what’s app da aktivdir) saylı telefonla və ya [email protected] email ünvanı ilə əlaqə saxlamaq lazımdır.

Xarici ezamiyyə normalarının fərqli formada bölgüsünün həyata keçirilməsi səbəbindən dəvət edən tərəfin bəzi xərcləri ödəməsi ilə bağlı maddə də yeni redaksiyada təsdiq edilib.  Qaydaların 4-cü hissəsinin yeni redaksiyasında 5 hal nəzərdə tutulur.

Birinci hal. Qarşı tərəf bütün ezamiyyə xərclərini öz üzərinə götürür. Qaydalara əsasən, bütün ezamiyyə xərclərini dəvət edən tərəf öz üzərinə götürdüyü hallarda işçiyə ezamiyyə xərci ödənilmir.

Misal. Qarşı tərəf təqdim etdiyi sənədə uyğun olaraq London şəhərinə ezam olunan işçinin bütün ezamiyyə xərcini öz üzərinə götürür. Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli, 14 nömrəli qərarının 1 saylı əlavəsinə əsasən, London şəhərinə birgünlük ezamiyyə norması 280 İngiltərə funt sterlinqi təşkil etsə də, işəgötürən işçiyə hər hansı ezamiyyə ödənişi həyata keçirmir.

İkinci hal. Dəvət edən tərəf ezamiyyə olunan işçini yalnız yaşayış yeri ilə təmin edir. Qaydalara əsasən, dəvət edən tərəf ezam olunan işçini yalnız yaşayış yeri ilə təmin etdiyi hallarda işçiyə hər gün üçün ezamiyyə xərclərinin 1 günlük normasının 40 faizi həcmində vəsait ödənilir.

Misal. Qarşı tərəf təqdim etdiyi sənədə uyğun olaraq London şəhərinə ezamiyyə olunan işçinin yalnız mehmanxanada qalmasını təmin edir. Bu zaman işəgötürən London şəhərinə ezam olunan işçiyə gündəlik xərc olaraq 112 İngiltərə funt sterlinqi (280 İngiltərə funt sterlinqi (1 günlük norma) x 40 faiz) ödəniş həyata keçirəcək.

Üçüncü hal.  Dəvət edən şəxs ezam olunan işçini yalnız yeməklə təmin edir. Qaydalara əsasən, dəvət edən tərəf ezam olunan işçini yalnız yeməklə təmin etdiyi hallarda işçiyə hər gün üçün ezamiyyə xərclərinin 1 günlük normasının 65 faizi həcmində vəsait ödənilir.

Misal. London şəhərinə ezam olunan işçini qarşı tərəf yalnız yeməklə təmin edir. İşəgötürən bu halda işçiyə hər gün üçün ezamiyyə xərclərinin 1 günlük normasının 65 faizi həcmində, yəni 182 İngiltərə funt sterlinqi (280 İngiltərə funt sterlinqi (1 günlük norma) x 65 faiz) ödəniş həyata keçirməlidir.

Dördüncü hal. Dəvət edən tərəf işçini həm yaşayış yeri, həm də yeməklə təmin edir. Qaydaların tələbinə əsasən, dəvət edən tərəf ezam olunan işçini yaşayış yeri və yeməklə təmin etdiyi hallarda işçiyə hər gün üçün ezamiyyə xərclərinin 1 günlük normasının 5 faizi həcmində vəsait ödənilir.

Misal. Dəvət edən şəxs London  şəhərinə ezam olunan işçini yaşayış yeri və yeməklə təmin edir. İşəgötürən bu halda işçiyə hər gün üçün ezamiyyə xərclərinin 1 günlük normasının 5 faizi həcmində, yəni 14 İngiltərə funt sterlinqi (280 İngiltərə funt sterlinqi (1 günlük norma) x 5 faiz) ödəniş hesablamalıdır.

Beşinci hal. Mümkündür ki, dəvət edən şəxs ödənişləri ezam olunan işçinin özünə həyata keçirsin. Qaydalara əsasən, dəvət edən tərəf işçiyə yaşayış yeri xərcini və gündəlik xərcləri (yemək, şəhərdaxili nəqliyyat, rabitə və digər xidmətlərlə bağlı xərclər) ödədiyi halda, işçiyə ödənilən vəsait ezamiyyə xərclərinin 1 günlük normasından  az olarsa, həmin fərq  işçiyə ödənilir.

Misal. London şəhərinə ezam olunan işçiyə dəvət edən şəxs gündəlik olaraq 260 İngiltərə funt sterlinqi ödəyir. Bu zaman işəgötürən işçiyə əlavə olaraq günlük ezamiyyə norması şəklində 20 İngiltərə funt sterlinqi (280 İngiltərə funt sterlinqi (1 günlük norma) –260 İngiltərə funt sterlinqi (Dəvət edən tərəfin işçiyə ödədiyi məbləğ) ödəniş etməlidir.

Altıncı hal. Dəvət edən şəxs işçini yeməklə təmin edir, amma yaşayış yeri üzrə xərci ona ödəyir. Qaydalarda qeyd edilir ki, dəvət edən tərəf işçini yeməklə təmin edərək yalnız yaşayış yeri xərci üçün vəsait ödədiyi halda, işçiyə ödənilən vəsait ezamiyyə xərclərinin 1 günlük normasının 60 faizindən az olarsa, həmin fərq  və ezamiyyə xərclərinin 1 günlük normasının 5 faizi həcmində vəsait işçiyə ödənilir.

Misal. Dəvət edən şəxs ezam olunan işçini yeməklə təmin etsə də, yaşayış yeri üçün 150 İngiltərə funt sterlinqi ödəniş həyata keçirir. London şəhəri üçün ezamiyyə norması 280 İngiltərə funt sterlinq təşkil etdiyindən dəvət edən şəxsin ödədiyi 150  İngiltərə funt sterlinqi gündəlik normanın 60 faizindən, yəni 168 İngiltərə funt sterlinqdən azdır. Bu zaman işəgötürən işçiyə 18 İngiltərə funt sterlinqi ilə yanaşı, (168 İngiltərə funt sterlinq (280 İngiltərə funt sterlinq (günlük ezamiyyə norması x 60 faiz) - 150  İngiltərə funt sterlinqi (qarşı tərəfin yaşayış yeri üçün işçiyə ödənilən məbləğ)) gündəlik xərcin 5 faiz həcmində, yəni 14 İngiltərə funt sterlinqi (280 İngiltərə funt sterlinqi (1 günlük norma) x 5 faiz) ödəniş həyata keçirməlidir.

Yeddinci hal. Mümkündür ki, dəvət edən tərəf ezam olunan işçini yaşayış yeri ilə təmin edir, amma yemək xərci üçün vəsaiti işçinin özünə ödəyir. Qaydalara əsasən, dəvət edən tərəf işçini yaşayış yeri ilə təmin edərək yalnız yemək xərci üçün vəsait ödədiyi  halda, işçiyə ödənilən vəsait ezamiyyə xərclərinin 1 günlük normasının 35 faizindən az olarsa həmin fərq və ezamiyyə xərclərinin 1 günlük normasının 5 faizi həcmində vəsait işçiyə ödənilir.

Misal. Dəvət edən şəxs ezam olunan işçinin Londonda mehmanxanada qalmasını təmin edir və işiyə gündəlik yemək xərci olaraq 50 funt sterlinq ödəniş edir. İşəgötürən ezam olun işçisinə yemək xərci üçün 48 funt sterlinqlə yanaşı, (98 funt sterlinq (280 funt sterlinq (gündəlik ezamiyyə norması) x 35 faiz) – 50 funt sterlinq (işçiyə ödənilən məbləğ)) 14 İngiltərə funt sterlinqi (280 İngiltərə funt sterlinqi (1 günlük norma) x 5 faiz) ödəniş də həyata keçirməlidir.

Sonda bir məsələni də qeyd edək ki, qaydalara əsasən, dəvət edən tərəfin xərcləri tam və ya qismən öz üzərinə götürməsi hər bir halda müvafiq sənədlər əsasında müəyyən edilməlidir. Qaydaların digər tələbi ondan ibarətdir ki, dəvət edən tərəf ezamiyyə xərclərinin tam və ya qismən ödənilməsini öz üzərinə götürdüyü hallarda bununla bağlı müddəalar işəgötürənin ezamiyyə ilə bağlı əmrində öz əksini tapmalıdır.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1.  "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" 2024 

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
4. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 
5. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
6. ƏMAS Platforması - 2024 (II nəşr)
7. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
8.  Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 
9.  Vergi uçotu A-dan-Z-yə - VIII nəşr

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3.  Vergi Platforması - I nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər