YENİLİK! ƏMAS altsistemində məhkumluq haqqında arayışları necə əldə etmək mümkündür? (5-ci yazı)

YENİLİK! ƏMAS altsistemində məhkumluq haqqında arayışları necə əldə etmək mümkündür? (5-ci yazı)

Məlumat üçün bildirək ki, MKS Academy tərəfindən 30 noyabr 2024-cü il tarixdə “ƏMAS altsistemi: Görünməyən tərəflərin A-dan Z-yə izahı” mövzusunda tematik təlim keçiriləcək. Təlimdə ƏMAS altsisteminın bütün bölmələri üzrə qanunvericilik və texniki proseslərin tələbləri qeyd ediləcək. Əyani və onlayn formada keçiriləcək tematik təlim saat 11:00 – 14:00-da baş tutacaq. Təlim haqqında ətraflı məlumat üçün 050-368-12-72 (what’s app da aktivdir) saylı telefonla və ya [email protected] email adressi ilə əlaqə saxlamaq lazımdır.

ƏMAS altsisteminə edilən son dəyişikliklərdən biri də məhkumluq arayışının bu altsistemə yüklənməsidir. İşəgötürən ƏMAS altsisteminin “Təqdim olunan arayışlar” bölməsinin “Məhkumluq haqqında arayışlar” altbölməsində işçinin məhkumluq haqqında arayışları ilə tanış ola bilər.

Arayışın ƏMAS-da qeyd olunması üçün işçinin ASAN Xidmət və ya mygov.az portalı vasitəsilə məhkumluq haqqında arayış üçün müraciət etməsi lazımdır. İşçinin müraciətində məlumatın hansı işəgötürənə göndərilməsi haqqında qeyd olur. Dövlət qurumu arayış hazır olan zaman onun bir nüsxəsini rəqəmsal qaydada ƏMAS sisteminə ötürür.

Bir məsələni qeyd edək ki, məhkumluq haqqında arayışlar bütün işçilər üçün tələb olunmur. Yalnız qanunvericiliklə tələb edilən vəzifələr üçün məhkumluq haqqında arayışlar tələb edilə bilər.  Misal üçün, “Banklar haqqında” AR Qanununa əsasən, vətəndaş qüsursuzluğu dedikdə, benefisiar mülkiyyətçilər, mühüm iştirak payının sahibləri, o, hüquqi şəxs olduqda onun icra orqanının rəhbərləri, habelə bankın törəmə strukturlarının rəhbərləri üçün qəsdən törədilmiş cinayətə görə məhkumluğun olmaması, müvafiq vəzifəni tutması və ya peşə fəaliyyəti ilə məşğul olması üzərində məhkəmə qərarı ilə qoyulmuş qadağanın olmaması, inzibatçı, müvəqqəti inzibatçı və ləğvedici üçün məhkumluğunun olmaması, keçmişdə mülkiyyət əleyhinə və iqtisadi fəaliyyət sahəsində ağır və xüsusilə ağır cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməsi faktının olmaması, müvafiq vəzifəni tutması və ya peşə fəaliyyəti ilə məşğul olması üzərində məhkəmə qərarı ilə qoyulmuş qadağanın olmaması, məhkəmə qaydasında müflis elan edilməsi, habelə bu Qanunla vətəndaş qüsursuzluğu tələb olunan şəxslərin bu maddədə sadalanan tələblərə cavab verməyən ortaq marağı olduğu şəxslərlə hər hansı cinayətkar sövdələşməsi faktının olmaması başa düşülür.

Göründüyü kimi, qanunda qeyd edilən şəxslər üçün məhkumluq arayışların əldə edilməsi mütləq tələbdir. Çünki məhkum olunmuş şəxslərin qeyd edilən vəzifələrdə çalışmasına qanunla məhdudiyyət qoyulur.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1.  "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" 2024 

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
4. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 
5. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
6. ƏMAS Platforması - 2024 (II nəşr)
7. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
8.  Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 
9.  Vergi uçotu A-dan-Z-yə - VIII nəşr

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3.  Vergi Platforması - I nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər