ƏMAS altisteminə tabel uçotunun yüklənməsi zamanı hansı tələblər gözlənilməlidir? (4-cü yazı)

ƏMAS altisteminə tabel uçotunun yüklənməsi zamanı hansı tələblər gözlənilməlidir? (4-cü yazı)

MKS Academy-nin ekspertləri ƏMAS altsistemində olan son dəyişiklikləri şərh edirlər

Məlumat üçün bildirək ki, MKS Academy tərəfindən 30 noyabr 2024-cü il tarixdə “ƏMAS altsistemi: Görünməyən tərəflərin A-dan Z-yə izahı” mövzusunda tematik təlim keçiriləcək. Təlimdə ƏMAS altsisteminın bütün bölmələri üzrə qanunvericilik və texniki proseslərin tələbləri qeyd ediləcək. Əyani və onlayn formada keçiriləcək tematik təlim saat 11:00 – 14:00-da baş tutacaq. Təlim haqqında ətraflı məlumat üçün 050-368-12-72 (what’s app da aktivdir) saylı telefonla və ya [email protected] email adressi ilə əlaqə saxlamaq lazımdır.

Yeni yaradılan “İş vaxtının tabel uçotu” bölməsi haqqında oxuculara silsilə yazılar təqdim olunacaq.  

Prosesi həyata keçirən işəgötürən öncə ƏMAS altsistemində “ƏMAS” bölməsinin “İş vaxtının uçot tabeli” altbölməsinə daxil olmalıdır:

“İş vaxtının uçotu tabeli” altbölməsi 3 hissədən ibarətdir:

  • İş vaxtının uçot tabelinin qeydiyyatı;
  • İcrada olan tabellər;
  • Bütün tabellər.

“İş vaxtının uçot tabelinin qeydiyyatı” bölməsində tabelin surətinin yüklənməsi həyata keçirilir. “İcrada olan tabellər” bölməsində yüklənən tabellərin imzalanması prosesi həyata keçirilir. “Bütün tabellər” bölməsində imzalanaraq dövlət qurumuna göndərilən tabellərin uçotu aparılır.

Qeyd edək ki, tabel uçotu məlumatarı cari ay başa çatdıqdan sonra növbəti ayın əvvəli yüklənməlidir. ƏMAS altsisteminə məlumatların yüklənməsinin son tarixi ilə bağlı hər hansı tələb mövcud deyil.

Həmkarlarımızdan tabel uçotunun imzalanmış qaydada, yoxsa Excel formasında yüklənməsi ilə bağlı suallar da daxil olunur. Qeyd edək ki, işəgötürən tabel uçotu imzalanmasını həyata keçirdikdən sonra onu pdf formatda yükləyə bilər. Mümkündür ki, işəgötürən tabel uçotu məlumatlarını excel faylında yükləsin. Qeyd edək ki, ƏMAS altsistemində tabel uçotunun qeydiyyatı gücləndirilmiş elektron imza vasitəsilə imzalandığı üçün yüklənən faylın pdf və ya excel formasında tərtib olunmasının fərqi yoxdur.

Məlumat üçün bildirək ki, MKS Academy tərəfindən 30 noyabr 2024-cü il tarixdə “ƏMAS altsistemi: Görünməyən tərəflərin A-dan Z-yə izahı” mövzusunda tematik təlim keçiriləcək. Təlimdə ƏMAS altsisteminın bütün bölmələri üzrə qanunvericilik və texniki proseslərin tələbləri qeyd ediləcək. Əyani və onlayn formada keçiriləcək tematik təlim saat 11:00 – 14:00-da baş tutacaq. Təlim haqqında ətraflı məlumat üçün 050-368-12-72 (what’s app da aktivdir) saylı telefonla və ya [email protected] email adressi ilə əlaqə saxlamaq lazımdır.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1.  "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" 2024 

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
4. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 
5. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
6. ƏMAS Platforması - 2024 (II nəşr)
7. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
8.  Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 
9.  Vergi uçotu A-dan-Z-yə - VIII nəşr

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3.  Vergi Platforması - I nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər