Beşgünlük və ya altıgünlük iş rejimində çalışanlar hansı hallarda tabel uçotunu ƏMAS altsisteminə yükləyəcək? (3-cü yazı)

Beşgünlük və ya altıgünlük iş rejimində çalışanlar hansı hallarda tabel uçotunu ƏMAS altsisteminə yükləyəcək? (3-cü yazı)

MKS Academy-nin ekspertləri ƏMAS altsistemində olan son dəyişiklikləri şərh edirlər

Yeni yaradılan “İş vaxtının tabel uçotu” bölməsi haqqında oxuculara silsilə yazılar təqdim olunacaq.  

Həmkarlarımız maraqlandıran məsələlərdən biri də beşgünlük və ya altıgünlük iş rejimində çalışan işəgötürənlər tərəfindən tabel uçotunun ƏMAS altsiteminə yüklənməsi ilə bağlıdır. Əmək Məcəlləsinin 103-cü maddəsində qeyd edilir ki, növbəli iş vaxtı rejimində işçilərin istirahət vaxtının müddəti müvafiq növbə cədvəlləri ilə tənzimlənir. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, növbə cədvəlləri elektron informasiya sisteminə daxil edilir.

Maddədən göründüyü kimi, növbə cədvəlləri növbəli iş vaxtı rejimində çalışan işçilər üçün tətbiq edilir. O səbəbdən də işçi beşgünlük və ya altıgünlük iş rejimində çalışırsa, o zaman həmin işçilər haqqında tabel uçotunun yüklənməsinə ehtiyac yoxdur. Amma bəzən təcrübədə rast gəlinir ki, beşgünlük iş rejimində çalışan işəgötürənlərin bəzi işçiləri növbəli iş rejimində çalışır. Misal üçün, işəgötürənin binasının mühafisəzini həyata keçirən işçilər əksər hallarda növbəli iş rejimində çalışırlar. Bu halda işəgötürən növbəli iş rejimində çalışan işçilər üçün tabel uçotunu ƏMAS altisteminə yükləməlidir.

Məlumat üçün bildirək ki, MKS Academy tərəfindən 30 noyabr 2024-cü il tarixdə “ƏMAS altsistemi: Görünməyən tərəflərin A-dan Z-yə izahı” mövzusunda tematik təlim keçiriləcək. Təlimdə ƏMAS altsisteminın bütün bölmələri üzrə qanunvericilik və texniki proseslərin tələbləri qeyd ediləcək. Əyani və onlayn formada keçiriləcək tematik təlim saat 11:00 – 14:00-da baş tutacaq. Təlim haqqında ətraflı məlumat üçün 050-368-12-72 (what’s app da aktivdir) saylı telefonla və ya [email protected] email adressi ilə əlaqə saxlamaq lazımdır.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1.  "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" 2024 

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
4. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 
5. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
6. ƏMAS Platforması - 2024 (II nəşr)
7. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
8.  Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 
9.  Vergi uçotu A-dan-Z-yə - VIII nəşr

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3.  Vergi Platforması - I nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər