Ezamiyyət dövründə bayram günləri işləyən işçiyə ikiqat hesablama aparılmalıdır? (2-ci yazı)

Ezamiyyət dövründə bayram günləri işləyən işçiyə ikiqat hesablama aparılmalıdır? (2-ci yazı)

Mks.az saytının ekspertləri “İşçilərin ezamiyyə qaydaları”na olunan dəyişiklikləri izah edirlər

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasiının 27 sentyabr 2024-cü il tarixli,  3-23/3-9-12/2024 saylı qərarı ilə  “İşçilərin ezamiyyə qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 18 yanvar 2012-ci il tarixli, Q-01 nömrəli Qərarında dəyişiklik edilib.

Qaydalarda edilən son dəyişikliyədək, “I. Ümumi müddəalar” bölməsinin 9-cü bəndinin ikinci hissəsində qeyd edilirdi ki, təşkilat rəhbərinin tapşırığı ilə işçinin ezamiyyətə getdiyi və ezamiyyətdən qayıtdığı gün (günlər) istirahət və ya iş günü hesab edilməyən bayram gününə (günlərinə) düşərsə, həmin gün (günlər) üçün işçiyə əmək qanunvericiliyi ilə müəyyən edilmiş qaydada əlavə əmək haqqı və ya əlavə istirahət günü (günləri) verilməlidir.

Qaydalardan belə anlaşılırdı ki, yanız işçinin ezamiyyətə getdiyi və ezamiyyətdən qayıtdığı gün (günlər) istirahət və ya iş günü hesab edilməyən bayram gününə (günlərinə) düşdüyü halda Əmək Məcəlləsinin 164-cü maddəsinə əsasən, əmək haqqı və ya əmək haqqı əvəzinə istirahət günü (günləri) verilməlidir. Bu da Əmək Məcəlləsinin tələbləri ilə ziddiyyət yaradırdı. Çünki işçi ezamiyyət dövründə istirahət və ya iş günü hesab edilməyən bayram günündə işlədiyi halda ona ikiqat əmək haqqı ödənilməsi qaydalarda nəzərdə tutulub.

“İşçilərin ezamiyyə qaydaları”na edilən dəyişikliyə əsasən, işçinin ezamiyyətə getdiyi və ezamiyyətdən qayıtdığı gün (günlər) Azərbaycan Respublikasında müəyyən edilmiş istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn gününə düşərsə, eləcə də ezamiyyətdə olarkən həmin günlərdə işləmiş (tədrisdə, kursda, konfransda və bu tipli digər tədbirlərdə olmuş) işçiyə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 164-cü maddəsinə uyğun olaraq əmək haqqı və ya əmək haqqı əvəzinə istirahət günü (günləri) verilir.

Öncəki dəyişilikdən fərqli olaraq qaydalarda qeyd edilir ki, işçi istər respublika daxili, istərsə də xarici ezamiyyələr zamanı istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günündə işləsə, o zaman həmin işçiyə Əmək Məcəlləsinin 164-cü maddəsinə uyğun olaraq əmək haqqı və ya əmək haqqı əvəzinə istirahət günü (günləri) verilməlidir.

Misal 1. İşəgötürən işçini xarici ölkəyə ezamiyyətə göndərib. Xarici ölkədə olan işçi “20 Yanvar Ümumxalq Hüzn Günü” ilə bağlı beynəlxalq konfransda iştirak edib. Konfrans ümumxalq hüzn gününə təsadüf etdiyi halda, işəgötürən işçiyə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 164-cü maddəsinə uyğun olaraq əmək haqqı və ya əmək haqqı əvəzinə istirahət günü (günləri) verilir.  Yəni işçiyə həmin günə görə günlük ezamiyyə norması ilə yanaşı, ikiqat əmək haqqı hesablanmalıdır.

Misal 2. İşəgötürən işçini “Zəfər Günü” ilə bağlı Şuşa şəhərində keçirilən tədbirə ezam edib. İşəgötürən “Zəfər Günü” olan 8 noyabrda tədbirdə iştirak edən işçiyə Əmək Məcəlləsinin 164-cü maddəsinə uyğun olaraq əmək haqqı və ya əmək haqqı əvəzinə istirahət günü (günləri) verməlidir. İşçi 9 noyabr tarixində ezamiyyətdən geri qayıdarsa, Əmək Məcəlləsinin 164-cü maddəsinin tələblərinə uyğun olaraq hesablama həyata keçirilməldiir. Çünki işçinin ezamiyyətdən qayıtdığı gün “Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü” olan 9 noyabra təsadüf edir.

Mümkündür ki, işəgötürən hər iki halda ezamiyyətdən qayıdan işçiyə əmək haqqı yox, istirahət günü (günləri) versin. Bu zaman işçiyə iş günündə istirahət günü (day off) verilsə də, birqat əmək haqqı hesablaması həyata keçirilməlidir.

Burada bir məqam da var ki, qaydalara edilən dəyişikliklərdə “həmin günlərdə işləmiş” məfhumundan sonra “(tədrisdə, kursda, konfransda və bu tipli digər tədbirlərdə olmuş)” açıqlaması verilir. Fikrimizcə, mötərizədə qeyd edilən məlumatlar daha çox konkretləşdirici hallar kimi tətbiq olunmalıdır. Mümkündür ki, işçi ezamiyyətdə olarkən hər hansı fərqli formada əmək funksiyasını həyata keçirsin, bu halda da ona Əmək Məcəlləsinin 164-cü maddəsinə uyğun olaraq əmək haqqı və ya əmək haqqı əvəzinə istirahət günü (günləri) verilməlidir.

MKS Academy-nin 7 dekabr 2024-cü il tarixdə təşkil edəciyi “Əmək haqqı: A-dan Z-yə” mövzusunda tematik təlimdə əmək haqqı gəlirləri ilə yanaşı, işçilərin ezamiyyə qaydalarında edilən son dəyişikliklər də daxil olmaqla normativ hüquqi sənədin tələbləri haqqında geniş məlumat veriləcək. Əyani və onlayn formada keçiriləcək tematik təlim saat 15:00 – 18:00-da həyata keçiriləcək. Təlim haqqında ətraflı məlumat almaq üçün 050-368-12-72 (what’s app da aktivdir) saylı telefonla və ya [email protected] email ünvanı ilə əlaqə saxlamaq lazımdır.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1.  "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" 2024 

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
4. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 
5. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
6. ƏMAS Platforması - 2024 (II nəşr)
7. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
8.  Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 
9.  Vergi uçotu A-dan-Z-yə - VIII nəşr

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3.  Vergi Platforması - I nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər