ƏMAS altsisteminə tabel uçotunun yüklənməsinin məqsədi nədir? (2-ci yazı)

ƏMAS altsisteminə tabel uçotunun yüklənməsinin məqsədi nədir? (2-ci yazı)

MKS Academy-nin ekspertləri ƏMAS altsistemində olan son dəyişiklikləri şərh edirlər

Qeyd etdiyimiz kimi, ƏMAS altsistemində tabel uçotunun yüklənməsi Əmək Məcəlləsinin 103-cü maddəsinin tələblərinə uyğun olaraq həyata keçirilir. Fikrimizcə, növbə cədvəllərinin elektron informasiya sisteminə yüklənməsində iki məqsəd var.

Birincisi, Dövlət Əmək Müffətişliyi Xidməti  (DƏMX) tərəfindən nəzarət tədbirləri zamanı tabel uçotu məlumatlarına istinad edilməsi hallarının elektronlaşdırılmasıdır. Fərdi mübahisələr zamanı DƏMX tərəfindən işəgötürənlərdən şikayət edən işçinin iş vaxtının izlənilməsi üçün tabel uçotu tələb edilirdi. Yeni dəyişiklikdən sonra DƏMX həmin işçi ilə bağlı məlumatların yoxlanılmasını elektron qaydada təqdim edilən tabel uçotu vasitəsilə həyata keçirəcəcək.

İkincisi, Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən işçilərin əmək qabiliyyətinin müvəqqəti itirilməsi halları üzrə məlumatlarının dəqiqləşdiriməsinin tənzimləndirilməsidir. İşəgötürənlər tərəfindən DSMF-yə təqdim edilən haqq-hesab cədvəlində beşgünlük və altıgünlük iş rejimi üzrə iş günlərinin sayı avtomatik müəyyənləşdirilir. Amma növbəli iş rejimində məlumatlar fərqli olduğu üçün işəgötürən iş günləri haqda məlumatları haqq-hesab cədvəlinə əllə daxil edir. DSMF də növbəli iş rejimi məlumatlarının dəqiqləşdiriməsi məqsədilə işəgötürəndən işçinin tabel cədvəllərini tələb edir. Artıq ƏMAS alstisteminə növbə cədvəlləri haqqında məlumat yükləndiyi üçün DSMF həmin məlumatlara istinad edəcək.

Məlumat üçün bildirək ki, MKS Academy tərəfindən 30 noyabr 2024-cü il tarixdəƏMAS altsistemi: Görünməyən tərəflərin A-dan Z-yə izahı” mövzusunda tematik təlim keçiriləcək. Təlimdə ƏMAS altsisteminın bütün bölmələri üzrə qanunvericilik və texniki proseslərin tələbləri qeyd ediləcək. Əyani və onlayn formada keçiriləcək tematik təlim saat 11:00 – 14:00-da baş tutacaq. Təlim haqqında ətraflı məlumat üçün 050-368-12-72 (what’s app da aktivdir) saylı telefonla və ya [email protected] email adressi ilə əlaqə saxlamaq lazımdır.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1.  "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" 2024 

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
4. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 
5. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
6. ƏMAS Platforması - 2024 (II nəşr)
7. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
8.  Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 
9.  Vergi uçotu A-dan-Z-yə - VIII nəşr

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3.  Vergi Platforması - I nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər