ƏMAS-da “İş vaxtının tabel uçotu” bölməsinin yaradılması hansı qanunvericiliyin tələbidir? (1-ci yazı)

ƏMAS-da “İş vaxtının tabel uçotu” bölməsinin yaradılması hansı qanunvericiliyin tələbidir? (1-ci yazı)

MKS Academy-nin ekspertləri ƏMAS altsistemində olan son dəyişiklikləri şərh edirlər

Yeni yaradılan “İş vaxtının tabel uçotu” bölməsi haqqında oxuculara silsilə yazılar təqdim olunacaq.  

İlk yazımızda ƏMAS altsistemində müvafiq bölmənin yaradılmasının hüquqi əsasları barədə məlumat verəcəyik. Əmək Məcəlləsində olunan son dəyişikliklərdən sonra Məcəllənin “İstirahət və nahar üçün fasilə” adlı 103-cü maddəsinə yeni cümlə əlavə edilib: “Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, növbə cədvəlləri elektron informasiya sisteminə daxil edilir”.

Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilən hallar dedikdə,  Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2014-cü il tarixli, 206 nömrəli Fərmanı ilə təsdiq edilən dövlət orqanlarında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlanan vəzifələrin siyahısı nəzərdə tutulur. Qeyd edək ki, fərmanla tənzimlənən vəzifələr üzrə əmək müqaviləsi yalnız kağız formada bağlandığı üçün ƏMAS altsisteminə hər hansı məlumat daxil edilməyib. Əmək Məcəlləsinin 103-cü maddəsinin tələbləri istər dövlət, istərsə özəl qurumlarında növbə cədvəlləri tətbiq edilən işəgötürənlərə aid edilir.

Məlumat üçün bildirək ki, MKS Academy tərəfindən 30 noyabr 2024-cü il tarixdə “ƏMAS altsistemi: Görünməyən tərəflərin A-dan Z-yə izahı” mövzusunda tematik təlim keçiriləcək. Təlimdə ƏMAS altsisteminın bütün bölmələri üzrə qanunvericilik və texniki proseslərin tələbləri qeyd ediləcək. Əyani və onlayn formada keçiriləcək tematik təlim saat 11:00 – 14:00-da baş tutacaq. Təlim haqqında ətraflı məlumat üçün 050-368-12-72 (what’s app da aktivdir) saylı telefonla və ya [email protected] email adressi ilə əlaqə saxlamaq lazımdır.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1.  "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" 2024 

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
4. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 
5. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
6. ƏMAS Platforması - 2024 (II nəşr)
7. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
8.  Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 
9.  Vergi uçotu A-dan-Z-yə - VIII nəşr

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3.  Vergi Platforması - I nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər