İşə qayıdan işçinin əmək müqaviləsinə xitamla bağlı bir həftə tələbi ləğv edildi?

İşə qayıdan işçinin əmək müqaviləsinə xitamla bağlı bir həftə tələbi ləğv edildi?

Satışına START verilən "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" kitabından seçmə

Əmək Məcəlləsinin 73-cü maddəsinin ikinci hissəsinin yeni redaksiyasının öncəkindən daha bir fərqini də qeyd etmək istərdik. Dəyişikliyə qədər işçi geri qayıtdıqdan sonra işəgötürən bir həftə ərzində onun müddətli əmək müqaviləsinə xitam vermək səlahiyyətinə malik idi. Yeni dəyişiklikdən sonra artıq işçi işə çıxdığı gün əmək müqaviləsinə xitam verilməlidir.
Mİsal.  İşəgötürən 10 iyul 2024-cü il tarixdə işçi ilə 3 aylıq əmək müqaviləsi imzalayır. İşçi 1 oktyabr tarixində sosial məzuniyyəti hüququndan istifadə edir. İşəgötürən işçinin sosial məzuniyyətə göndərilməsi ilə bağlı qərar verdikdə, işçiyə bildirir ki, əmək müqaviləsinin müddəti başa çatdıqdan sonra uzadılmayacaq. İşçi analıq məzuniyyətindən sonra müəyyən dövr qismən ödənişli məzuniyyət götürdüyü üçün 1 avqust 2025-ci il tarixdə işə çıxır. İşəgötürən işçinin əmək müqaviləsinə müddətin bitməsi səbəbindən işə çıxdığı gün yox, növbəti gün - 2 avqust 2025-ci il tarixdə xitam verərsə, əmək qanunvericiliyinin tələbini pozmuş olur. İşəgötürən xitam tarixini gecikdirdiyi üçün həmin əmək müqaviləsi daha 3 ay müddətinə artırılmış hesab edilə bilər.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1.  "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" 2024 

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
4. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 
5. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
6. ƏMAS Platforması - 2024 (II nəşr)
7. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
8.  Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 
9.  Vergi uçotu A-dan-Z-yə - VIII nəşr

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3.  Vergi Platforması - I nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər