Müddətli əmək müqaviləsinin bitməsi barədə xəbərdarlıq forması necə hazırlanır? (Nümunəvi forma)

Müddətli əmək müqaviləsinin bitməsi barədə xəbərdarlıq forması necə hazırlanır? (Nümunəvi forma)

Satışına START verilən "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" kitabından seçmə

Son dəyişikliyədək əmək müqaviləsinin müddətinin bitməsi haqqında işəgötürən tərəfindən işçinin məlumatlandırılması nəzərdə tutulmamışdı. Əmək Məcəlləsinin 73-cü maddəsinin birinci hissəsinə edilən dəyişiklik nəticəsində müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır.
Maddənin tələblərindən göründüyü kimi, müddətli əmək müqaviləsinin müddətinin bitməsinə qərar verilibsə, məlumatlandırma prosesi həyata keçirilməlidir. İşəgötürən tərəfindən əmək müqaviləsinin müddətinin bitməsi ilə bağlı xəbərdarlıq aşağıdakı nümunəvi formada tərtib edilə bilər:

Blank “______” MMC


“_____” MMC-nin Marketinq şöbəsinin reklam mütəxəssisi
Aslanov Niyazi Sədrəddin oğluna

Xəbərdarlıq

Müddətli əmək müqaviləsinin müddətinin bitməsi barədə

Bakı şəhəri                        2 sentyabr 2024-cü il
Nəzərinizə çatdırırıq ki, 10 mart 2023-cü il tarixdə Sizinlə bağlanılmış əmək müqaviləsinin müddəti 10 sentyabr 2024-cü il tarixdə bitir. Əmək Məcəlləsinin 73-cü maddəsinin birinci hissəsinin tələblərinə uyğun olaraq Sizinlə bağlanan əmək müqaviləsinin müddətinin uzadılmayacağını bildiririk. Müddətli əmək müqaviləsinə 10 sentyabr 2024-cü il tarixdə xitam veriləcək.
Əmək Məcəlləsinin 83-cü maddəsinin dördüncü hissəsinin tələblərinə uyğun olaraq, son haqq-hesab Sizə sonuncu iş günü ödəniləcək.

Direktor _______ Ağazadə N.H.

Xəbərdarlıqla tanış oldum və 1 (bir) nüsxəsini aldım:
________________ Aslanov N.S.    
Tarix: _________________

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1.  "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" 2024 

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
4. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 
5. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
6. ƏMAS Platforması - 2024 (II nəşr)
7. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
8.  Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 
9.  Vergi uçotu A-dan-Z-yə - VIII nəşr

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3.  Vergi Platforması - I nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər