İşәgötürәn qeydiyyata aldığı elektron әmәk müqavilәsindәn qarşı tәrәfin tәsdiqindәn sonra imtina edә bilәr?

İşәgötürәn qeydiyyata aldığı elektron әmәk müqavilәsindәn qarşı tәrәfin tәsdiqindәn sonra imtina edә bilәr?

Satışı davam edən "ƏMAS Altsistemi: Görünməyən tərəflərin A-dan Z-yə izahı" kitabından seçmə

İşəgötürən işçi ilə bağlı elektron əmək müqaviləsini qeydiyyata aldqıdan sonra onu qarşı tərəfə - əmək müqaviləsini imzalayacaq şəxsə imza üçün göndərir. İşçi elekton əmək müqaviləsini gücləndirilmiş imza ilə təsdiq etdikdən sonra işəgötürən həm sənədi imzalamaqdan imtina etmək hüququna malikdir?
Mİsal. İşəgötürənin 26 avqust 2024-cü il tarixdə hazırladığı elektron əmək müqaviləsini qarşı tərəf 28 avqust 2024-cü il tarixdə imzalayır. İşəgötürən əmək müqaviləsində işçinin işə başlanma tarixini 27 avqust 2024-cü il tarixi seçdiyi üçün qərar verir ki, elektron əmək müqaviləsini bağlamaqdan imtina edərək yenisini tərtib etsin və ya  yenisi tərtib etməkdən imtina etsin.
Bu zaman sual yaranır ki, işəgötürən tərəfindən qeydiyyata alınan və işçi tərəfindən imzalanan elektron əmək müqaviləsi  hüquqi qüvvəyə minmiş hesab edilir? Xeyr, Əmək Məcəlləsinin 49-cu maddəsinin birinci hissəsinə müvafiq olaraq, hər iki tərəf (işəgötürən və işçi) əmək müqaviləsini imzaladıqdan sonra o hüquqi qüvvəyə minmiş hesab edilir. Misalımızda elektron əmək müqaviləsi işçi tərəfindən imzalansa da, işəgötürənin gücləndirilmiş elektron imzası ilə imzalanmadığı üçün sənədin hüquqi əsası olmur. Bu səbəbdən də işəgötürənin işçinin imzaladığı elektron əmək müqavilənin ləğv etməsində hər hansı pozuntu yoxdur. 

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1.  "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" 2024 

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
4. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 
5. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
6. ƏMAS Platforması - 2024 (II nəşr)
7. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
8.  Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 
9.  Vergi uçotu A-dan-Z-yə - VIII nəşr

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3.  Vergi Platforması - I nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər