YENİLİK! İşçinin əmək müqaviləsinə münasibət bildirməsi haqqında necə məlumatlı olacıyıq? (3 VACİB MƏQAM)

YENİLİK! İşçinin əmək müqaviləsinə münasibət bildirməsi haqqında necə məlumatlı olacıyıq? (3 VACİB MƏQAM)

Xəbər verdiyimiz kimi, ƏMAS altsistemində edilən dəyişikliyə əsasən, vəzifəli şəxsin qeydiyyatını əlavə etdiyi bölmədə email adressi daxil etmək imkanı yaradılıb. İşəgötürənin vəzifəli şəxsin elektron poçt ünvanı üzrə proseslə bagli 3 vacib məqamı diqqətinizə çatdırmaq istəyirik.

Birinci məqam. İşəgötürən elektron poçt ünvanına yalnız bir email ünvanı qeyd edə bilər. Həmin elektron poçt ünvanı rəhbər şəxsə və ya ƏMAS altsistemi üzrə prosesləri həyata keçirən şəxsə (misal üçün insan resursları mütəxəssisi) aid ola bilər.

İkinci məqam. İşəgötürən elektron poçt ünvanına aktiv olmayan email ünvanı daxil edə bilməz. Çünki email ünvanının təsdiq edilməsi üçün OTP kodu həmin emailə göndəriləcək. Şəxs həmin email üzrə OTP kodu daxil etdikdən sonra email ünvanı ƏMAS altsisteminə daxil edilir.

Üçüncü məqam. İşəgötürən əmək müqaviləsini imzalamaq üçün qarşı tərəfə göndərikdən sonra, həmin şəxs ona göndərilən sənəd üzrə münasibət olaraq təsdiq və ya imtina edir. Qarşı tərəf münasibət bildirikdə, [email protected] email adressindən işəgötürənin vəzifəli şəxsin elektron poçt ünvanına qeyd etdiyi email adressinə aşağıdakı məzmunda məktub daxil olacaq:

76TV9DG000205 nömrəli əmək müqaviləsinə işçi ______________________ QIZI tərəfindən münasibət bildirilmişdir.

Məktubdan göründüyü kimi, qarşı tərəfin ona göndərilən elektron əmək müqaviləsi üzrə təsdiq və ya imtina edilməsi haqqında məlumat qeyd edilmir. Sadəcə olaraq həmin şəxsin elektron sənədə münasibət bildirməsi haqqında informasiya verilir.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1.  "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" 2024 

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
4. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 
5. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
6. ƏMAS Platforması - 2024 (II nəşr)
7. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
8.  Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 
9.  Vergi uçotu A-dan-Z-yə - VIII nəşr

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3.  Vergi Platforması - I nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər