İşəgötürən işçi ilə əmək müqaviləsinin müddətini fərqli müddətə artıra bilər? (2 MİSALLA İZAH)

İşəgötürən işçi ilə əmək müqaviləsinin müddətini fərqli müddətə artıra bilər? (2 MİSALLA İZAH)

Satışı davam edən "ƏMAS Altsistemi: Görünməyən tərəflərin A-dan Z-yə izahı" kitabından seçmə

Tәcrübәdә rast gәlinәn suallardan biri də müddәtli әmәk müqavilәsinn işәgötürәn tәrәfindәn fәrqli müddәtә artırılması halıdır.
Mİsal 1. İşəgötürən və işçi arasında bağlanılan əmək müqaviləsinin 3 aylıq müddəti  31 avqust 2024-cü ildə bitir. Tərəflər razılaşırlar ki, növbəti əməkmüqaviləsinin müddətini 3 ay yox, 2 ay uzatsınlar. Əmək müqaviləsinə dəyişiklik edilməklə onun müddətinin bitməsi tarixi 31 oktyabr 2024-cü il müəyyən edirlir. ƏMAS altsistemi vasitəsilə hər iki tərəfin gücləndirilmiş elektron imzası ilə təsdiqlənən elektron  əmək müqaviləsində artırılan müddət 2  ay təşkil edir. Əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərin heç biri xəbərdarlıq etməzsə, müqavilənin müddəti 3 ay yox, 2 ay artırılmış olacaq.
Mİsal 2.  Öncəki misalın davam olaraq hesab edək ki, işəgötürən və işçi arasında bağlanan əmək müqaviləsinin 2 aylıq müddəti 31 oktyabr 2024-cü ildə bitir. Tərəflər bir-birinə müddətin bitməsi ilə bağlı xəbərdarlıq etməzsə, əmək müqaviləsinin müddəti 31 dekabr 2024-cü iltarixdə bitəcək. 15 noyabr 2024-cü il tarixdə işəgötürən və işçi razılaşırlar ki, 10 dekabr 2024-cü il tarixdən əmək müqaviləsinə xitam versinlər. Bu zaman işəgötürən və işçi arasında bağlanan əmək müqaviləsinə dəyişiklik edilməlidir. Hər iki tərəfin razılılığı olduğu üçün ƏMAS altsistemində elektron formada bağlanan əmək müqaviləsinəd dəyişiklik həyata keçirilir. Tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalanaraq təsdiq edilən dəyişiklikdən sonra müddətli əmək müqaviləsinin bitmə tarixi 10 dekabr 2024-cü il olacaq.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1.  "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" 2024 

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
4. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 
5. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
6. ƏMAS Platforması - 2024 (II nəşr)
7. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
8.  Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 
9.  Vergi uçotu A-dan-Z-yə - VIII nəşr

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3.  Vergi Platforması - I nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər