YENİLİK! İşəgötürənin ƏMAS altsisteminə ştat vahidinin daxil etməsinin hansı üstünlüyü var?

YENİLİK! İşəgötürənin ƏMAS altsisteminə ştat vahidinin daxil etməsinin hansı üstünlüyü var?

Satışına start verilən "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" kitabından seçmə

 l) elektron informasiya sisteminə strukturuna, peşə və vəzifələrin  iyerarxiyasına uyğun ştat vahidlərini daxil etmək.

Əmək Məcəlləsinin 12-ci maddəsinə əlavə edilən “l” bəndində məqsəd ƏMAS altsistemində işəgötürən tərəfindən strukturuna, peşə və vəzifələrin  iyerarxiyasına uyğun ştat vahidlərinin daxil olunmasını təmin etməkdir. Öncәki sәhifәlәrdә dә qeyd etdiyimiz kimi, işәgötürәn işçi sayından asılıolmayaraq struktur vә ştat vahidlәri haqqındamәlumatı ƏMAS altsisteminә daxil etmәlidir.
İşәgötürәn tәrәfindәn ƏMAS altsisteminә struktur mәlumatlarının daxiledilmәsinin müsbәt cәhәtlәrdәn birini qeyd etmәk istәrdik.
Mİsal.  İşçi məhkəməyə müraciət edərək bildirir ki, məcburi köçkün olmasına baxmayaraq ştatların ixtisarı zamanı ona üstünlük verilən şəxs kimi işdə saxlamayıblar. Əmək Məcəlləsinin 78-ci maddəsinin ikinci hissəsinə əsasən, işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda məcburi köçkün olan işçinin işdə saxlanmasına üstünlük verməlidir.  İşçi şikayətini belə əsaslandırır ki, həmin təşkilatda çalışan digər işçidən fərqli olaraq ali təhsilə malik olmaqla yanaşı həm də sosial kateqoriyaya aid edilən şəxsdir.
İşәgötürәn ƏMAS altsisteminә daxil etdiyi strukturda ixtisar olunmasına qәrar verilәn işçi ilә müqayisә olunan işçinin eyni yox, fәrqlistruktur bölmәlərdә çalışdığını qeyd edərsə, inzibati mәsuliyyәtdәn yayına bilәr. Amma işәgötürәn ƏMAS altsistemindә “Ümumi” bölmә adı ilә bütün ştatları bir struktur bölmәdә qeyd edərsə, dövlәt qurumu vә ya mәhkәmә tәrәfindәn mәcburi köçkün olan işçinin işә bәrpası ilә bağlı göstәrişin (qәrarın) çıxarılması gözlәnilәndir.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1.  "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" 2024 

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
4. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 
5. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
6. ƏMAS Platforması - 2024 (II nəşr)
7. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
8.  Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 
9.  Vergi uçotu A-dan-Z-yə - VIII nəşr

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3.  Vergi Platforması - I nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər