ƏMAS-da onlayn əmək müqaviləsini imzalamaq üçün SİMA imza vasitəsilə qeydiyyat prosesi necə həyata keçirilir?
Satışına start verilən "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" kitabından seçmə
Təcrübədə işəgötürən və vətəndaş arasında olan proseslərin SİMA imza vasitəsilə həyata keçirilməsinə çox rast gəlindiyi üçün həmin elektron imza ilə qeydiyyatı daha geniş izah edəcəyik.
SİMA imzanın qeydiyyatı prosesi aşağıdakı mərhələləri əhatə edir:
1) Səxs mobil telefona Google Play Market və ya App Store-dan Sima imza applikasiyası yükləməlidir.
2) Şəxs proqram təminatını telefona yüklədikdən sonra şəxsiyyət vəsiqəsi göstəricilərini daxil edə və ya şəxsiyyət vəsiqəsinin surətini yükləyə bilər. Yeni və köhnə nəsil şəxsiyyət vəsiqəsi, həmçinin daimi və müvəqqəti yaşayışla bağlı sənədlərlə qeydiyyatdan keçmək olar. Bu o anlama gəlir ki, əcnəbi və vətəndaşlığı olmayan şəxslər də SİMA imzanı qeydiyyatdan keçirə bilərlər. Təcrübədə qeydiyyatla bağlı ən çox rast gəlinən iki məsələni həmkarlarımızın diqqətinə çatdırmaq istəyirik.
Birinci məsələ ondan ibarətdir ki, qeydiyyat üçün istifadə edilən şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitməməlidir. Şəxsiyyət vəsiqəsinin etibarlıq müddəti bitən şəxs SİMA imzada qeydiyyatdan keçə bilməyəcək. ASAN imzadan istifadə zamanı pin1 və pin2-dən istifadə olunur, SİMA imzada isə 6 rəqəmli pin kod tətbiq edilir.
İkinci vacib məsələ isə odur ki, bəzi hallarda köhnə nəsil şəxsiyyət vəsiqəsi etibarlı olsa da, qeydiyyat zamanı problemlər yaranır. Bu şəxsin şəxsiyyət vəsiqəsindəki şəkildə və hazırkı üç çizgilərində ciddi dəyişikliklərin (fərqlərin) olması halında mümkündür. Bu halda şəxs 157 saylı qaynar xəttə zəng edərək əlavə məlumatları təqdim etməklə problemi aradan qaldıra bilər.
3) Növbəti mərhələdə üz tanıma, yəni biometrik test prosesi həyata keçirilir. Üz tanıma prosesi uğurla başa çatdıqdan sonra şəxs 6 rəqəmdən ibarət kod müəyyən etməlidir. Şəxs tərəfindən daxil edilən kod həm müvafiq səhifələrə daxil olan zaman, həm də elektron imza ilə sənədləri imzaladıqda istifadə edilir.
...
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]
Satışı davam edənlər:
1. "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" 2024
2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu
3. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (III nəşr)
4. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024
5. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)
6. ƏMAS Platforması - 2024 (II nəşr)
7. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
8. Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə)
9. Vergi uçotu A-dan-Z-yə - VIII nəşr
Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:
1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3. Vergi Platforması - I nəşr
0 Komment
Şərh yazın