İşəgötürən ƏMAS altsistemində elektron məzuniyyət zamanı texniki səhvə yol verərsə, proses necə tənzimlənir?

İşəgötürən ƏMAS altsistemində elektron məzuniyyət zamanı texniki səhvə yol verərsə, proses necə tənzimlənir?

Satışı davam edən “ƏMAS Platforması: A-da Z-yə” (II nəşr) kitabından seçmə

Təcrübədə rast gəlinən hallardan biri də ƏMAS-da elektron məzuniyyət əmrlərinin hazırlanması zamanı texniki səhvlərə yol verilməsidir. Təbii ki, digər sənədlərdə olduğu kimi, elektron məzuniyyət əmrlərinin imzalanması həyata keçirildiyi üçün düzəlişlərin aparılmasına yol verilmir. Öncəki səhifələrdə qeyd etdiyimiz kimi, ƏMAS alstistemində əmək müqaviləsinin bağlanması, ona dəyişiklik edilməsi və xitam verilməsi bildirişlərinin olması məcburi öhdəlik kimi hesab edilir. Elektron məzuniyyət əmrlərinin elektron informasiya sistemində qeydiyyata alınması qanunvericiliyin tələbi hesab edilmir. İşəgötürən elektron əmək məzuniyyətində texniki problemin aradan qaldırılması üçün dövlət qurumuna müraciət edərsə, o zaman dövlət qurumu tərəfindən həmin xətanın silinib-silinməməsi ilə bağlı məsələyə toplanmış sənədlər əsasında 15 gün müddətində baxılır. Proses zamanı əlavə araşdırma tələb olunarsa, müddət daha 15 gün uzadıla bilər. Amma işəgötürən həmin texniki problemin aradan qaldırılmasını gözləməyə, digər məzuniyyət əmrlərini elektron və ya kağız formada hazırlayaraq prosesi həyata keçirə bilər.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1.  "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" 2024 

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
4. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 
5. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
6. ƏMAS Platforması - 2024 (II nəşr)
7. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
8.  Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 
9.  Vergi uçotu A-dan-Z-yə - VIII nəşr

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3.  Vergi Platforması - I nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər