YENİ DƏYİŞİKLİK! “Əmək müqaviləsi bildirişi” forması ƏMAS altsistemindən çıxarıldı

YENİ DƏYİŞİKLİK! “Əmək müqaviləsi bildirişi” forması ƏMAS altsistemindən çıxarıldı

Son dəyişikliklərədək əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi üçün ƏMAS altsistemində dövlət qurumu tərəfindən işəgötürənə əmək müqaviləsi bildirişinin göndərilməsinə ehtiyac var idi.  Əmək Məcəlləsinin 49-cu maddəsinin öncəki redaksiyasında qeyd edilirdi ki, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. 
Maddənin öncəki redaksiyasına görə, əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi üçün işəgötürən gərəfindən gücləndirilmiş elektron imza vasitəsi ilə əmək müqaviləsi bildirişi ƏMAS altsisteminə daxil edilməklə yanaşı, dövlət qurumu  tərəfindən elektron qaydada işəgötürənə məlumat göndərilməli idi. 
Son dəyişikliyə əsasən, elektron sənəd formasında bağlanılan əmək müqaviləsi həm işəgötürən, həm də işçi tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edildiyi üçün artıq dövlət qurumu tərəfindən əmək müqaviləsi bildirişinin göndərilməsinə ehtiyac qalmır. Bu səbəbdən Əmək Məcəlləsinin 49-cu maddəsi yeni redaksiyada təsdiq olunmaqla yanaşı, Əmək Məcəlləsinin 3-cü, “Bu Məcəllədə istifadə edilən əsas anlayışlar” maddəsinin 5-1-ci bəndindəki “Əmək müqaviləsi bildirişi” anlayışı da Məcəllədən çıxarılıb.
Bir mәsәlәni qeyd edәk ki, “Əmәk müqavilәsi bildirişi” anlayışı ƏmәkMәcәllәsindәn çıxarılsa da, 10 sentyabr 2024-cü il tarixədək ƏMAS altsistemindә istәr әmәk müqavilәsinin bağlanılması, istәrsә dә ona dәyişiklik edilmәsi zamanı “Əmәk müqavilәsi bildirişi’ formasından istifadә mümkündür.  10 sentyabr 2024-cü il tarixindən etibarən isə ƏMAS altsistemində elektron sənəd formasında bağlanan əmək müqavilələri üzrə  “Əmәk müqavilәsi bildirişi”  bölməsindən istifadə etmək imkanı məhdudlaşdırlıb..

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1.  "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" 2024 

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
4. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 
5. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
6. ƏMAS Platforması - 2024 (II nəşr)
7. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
8.  Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 
9.  Vergi uçotu A-dan-Z-yə - VIII nəşr

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3.  Vergi Platforması - I nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

1 Komment

  1. Eltun 13 Sentyabr 2024

    Salam. İndi işə qəbul olanda əmək kitabçası lazım olmayacaqmi?

Şərh yazın

Xəbərlər