İşə qəbul zamanı əmək kitabçası təqdim edilməyəcək?

İşə qəbul zamanı əmək kitabçası təqdim edilməyəcək?

Satışına START verilən "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" kitabından seçmə

Son dəyişikliklərədək Əmək Məcəlləsinin 48-ci maddəsinin birinci hissəsinin tələblərinə uyğun olaraq işəgötürən işçi ilə əsas iş yeri üzrə əmək müqaviləsi bağlayarkən minimum iki sənədi tələb edirdi:
- Əmək kitabçası;
- Şəxsiyyəti təsdiq edən sənəd.
Əmək kitabçasının təqdim edilməsi ilə bağlı bəzi istisnalar mövcud idi. Belə ki, işəgötürən məcburi köçkün, onlara bərabər tutulan şəxs və ya qaçqın statusu olan, habelə Azərbaycan Respublikasında ilk dəfə əmək fəaliyyətinə başlayan işçilərlə, əcnəbilərlə və vətəndaşlığı olmayan şəxslərlə əmək kitabçası tələb etmədən əmək müqaviləsi tələb etməyə bilərdi.
Elektron formada əmək müqaviləsi bağlanılan bütün kateqoriyaya aid olan namizədlərdən işə qəbul zamanı əmək kitabçası tələb edilməsinə ehtiyac yoxdur. Belə ki, Əmək Məcələsinin 48-ci maddəsinin birinci hissəsində qeyd edilir ki, əmək müqaviləsi bağlanılarkən işçi şəxsiyyətini təsdiq edən sənədi, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə  müəyyən edilmiş hallarda isə habelə əmək kitabçasını təqdim edir. Maddədən göründüyü kimi, Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2014-cü il tarixli, 206 nömrəli Fərmanı ilə təsdiq edilən vəzifələr - yəni kağız formada əmək müqaviləsi bağlananlar istisna olmaqla digər hallarda əmək kitabçası tələb edilmir.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1.  "Əmək Məcəlləsi. Son dəyişikliklər və ƏMAS tələblərinin izahı" 2024 

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
4. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 
5. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
6. ƏMAS Platforması - 2024 (II nəşr)
7. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
8.  Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 
9.  Vergi uçotu A-dan-Z-yə - VIII nəşr

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
2. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
3.  Vergi Platforması - I nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

0 Komment

    Şərh yazın

    Xəbərlər