Əmək kitabçasını ƏMAS altsistemdə hansı bölmə əvəz etdi? (ƏMAS-da YENİ BÖLMƏ)

Əmək kitabçasını ƏMAS altsistemdə hansı bölmə əvəz etdi? (ƏMAS-da YENİ BÖLMƏ)

Yaxın günlərdə satışda olacaq "Əmək Məcəlləsi. son dəyişikliklərin izahı və ƏMAS altsistemində proseslər" kitabından seçmə

Diqqət! MKS Academy-nin əmək qanunvericiliyinə son dəyişikliklərlə bağlı tematik təlimi 7 sentyabr (şənbə günü) tarixində onlayn (saat 10:00 - 13:00) və əyani (saat 15:00 - 18:00) formada olaraq  həyata keçiriləcək. Təlimdə iştirak üçün 050-368-12-72 (what's app da aktivdir) saylı telefonla və [email protected]  adressi ilə əlaqə saxlamaq lazımdır.

İşə qəbul zamanı işəgötürənin namizədin əvvəlki iş yerlərindəki stajları haqqında necə məlumat əldə etməsi barədə məlumat verdik. Yeni dəyişiklikdən sonra işəgötürən yalnız namizədlə bağladığı əmək müqaviləsi hüquqi qüvvəyə mindikdən, yəni həmin şəxs “işçi” statusu əldə etdikdən sonra onun öncəki iş yerləri və vəzifələri haqqında məlumat əldə etmək imkanına malik olacaq.
Bunun üçün işəgötürən ƏMAS altsistemində “Onlayn əmək müqavilələri reyestri” bölməsindən “İşçinin köhnə əmək müqavilələri” altbölməsinə daxil olmalıdır:

Şəkildən göründüyü kimi “İşçinin köhnə əmək müqavilələri” bölməsi qismən də olsa işçinin əmək kitabçasını əvəz edir. Çünki həmin bölmədə işçinin şəxsi məlumatlarından əlavə aşağıdakı məlumatlar da əks olunur:
- İşəgötürənin VÖEN-i;
- İşəgötürənin adı;
- Müqavilənin nömrəsi;
- İşə qəbul tarixi;
- Xitam tarixi;
- Əsas və əlavə iş yerləri haqqında məlumat;
- Müqavilənin müddətli və ya müddətsiz olması haqqında məlumat;
- Xitam əmrinin ƏMAS sistemindəki nömrəsi;
- Vəzifəsi;
- Xitamın əsası olan Əmək Məcəlləsinin müvafiq maddəsi.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
2.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
3. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 
4. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
5. ƏMAS Platforması - 2024 (II nəşr)
6. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
7.  Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 
8.  Vergi uçotu A-dan-Z-yə - VIII nəşr

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Əmək Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 2024 (YENİ)
2. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
3. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
4.  Vergi Platforması - I nəşr

 

Sifariş və məlumat üçün what's app üzərindən əlaqə vasitəsi:  

050-368-12-72

1 Komment

  1. imran 03 Sentyabr 2024

    əmək məcəlləsinin 127 maddəsinin 1 bəndində göstərilən valideyinlərdən birinə yəni ər vəya arvada şamil edilirmi

Şərh yazın