İşçi qismən ödənişli sosial məzuniyyətdən qayıtdıqdan sonra əmək məzuniyyəti hüququndan istifadə edərsə hesablama necə olacaq?
Satışı davam edən "Əməyin uçotu: A-dan Z-yə" (IV nəşr) kitabından seçmə
Təcrübədə rast gəlinən hallardan biri də qismən ödənişli sosial məzuniyyətdən qayıtdıqdan 2 ay sonra əmək məzuniyyəti hüququndan istifadə etməsidir.
Mİsal. Aylıq əmək haqqı 800 manat olan işçi sosial məzuniyyəti bitdikdən sonra 18 ay müddətinə qismən ödənişli sosial məzuniyyətə çıxıb. İşçi qismən ödənişli sosial məzuniyyətdən qayıtdıqdan 2 ay sonra əmək məzuniyyəti huququndan istifadə etdikdə, işəgötürən bir günə düşən məzuniyyət haqqını necə hesablamalıdır?
Bəzi həmkarlarımız hesab edirlər ki, işçi qismən ödənişli sosial məzuniyyətdə olduğu üçün son 2 ayın gəlirləri toplanaraq 2 aya bölünməlidir. Amma Əmək Məcəlləsinin 140-cı maddəsində əmək məzuniyyətinin son 12 aya bölünməsi nəzərdə tutulduğu üçün, işçinin qismən ödənişli sosial məzuniyyətdə olması ilə bağlı hər hansı istisna nəzərdə tutulmayıb. O səbəbdən də, işçinin 2 aylıq gəliri toplanaraq alınan məbləğ - 1600 manat (800 manat x 2 ay) 12-yə və 30,4 -ə bölünməklə 1 təqvim gününə düşən məzuniyyət günləri tapılır. Bu zaman məzuniyyət haqqı aşağı olacaq. Mümkündür ki, işəgötürən daxili qaydalarda fərqli yanaşma nəzərdə tutsun və ya işçiyə əmək məzuniyyəti hüququndan növbəti dövrdə istifadə etməsinin maliyyə baxımından uyğun olduğunu bildirsin.
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]
Satışı davam edənlər:
1. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu
2. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (III nəşr)
3. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024
4. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)
5. ƏMAS Platforması - 2024 (II nəşr)
6. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
7. Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə)
8. Vergi uçotu A-dan-Z-yə - VIII nəşr
Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:
1. Əmək Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 2024 (YENİ)
2. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
3. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
4. Vergi Platforması - I nəşr
0 Komment
Şərh yazın