İşçinin gün ərzində başqa rayona gedib-gəlməsi ezamiyyət hesab edilir?

İşçinin gün ərzində başqa rayona gedib-gəlməsi ezamiyyət hesab edilir?

Satışı davam edən "Əməyin uçotu: A-dan Z-yə" (IV nəşr) kitabından seçmə

Təcrübədə rast gəlinən hallardan biri də işçinin bir gün ərzində daimi iş yerindən kənara gedib qayıtmasıdır.  Bu cür hallarda ezamiyyə ödənişi necə tənzimlənir?
Mİsal. İşəgötürənin əmri əsasında işçi Şirvan şəhərindən Bakiya gələrək iclasda iştirak edir və həmin gün geri qayıdır. Bəzi həmkarlarımız bu cür hallarda nəqliyyat xərcləri ilə yanaşı, işçiyə gündəlik ezamiyyə normasının 30 faizi həcmində gündəlik xərc də ödəyirlər. Misalımızda ezam olunan ərazi Bakı şəhəri olduğu üçün bu məbləğ 37.50 manat (125 manat (Bakı üzrə ezamiyyə norması) x 30 faiz (gündəlik xərc norması) təşkil edir. Amma qaydaların “Respublika ərazisi daxilində ezamiyyələr” bölməsinin 3-cü hissəsinin ikinci hissəsinə qeyd edilir ki, özünün daimi yaşayış yerinə hər gün qayıtmaq imkanı olan ezam olunan işçiyə belə bir yerə ezam olunduğu zaman yalnız müvafiq təsdiqedici sənədlər əsasında yol xərci ödənilir. Qaydaların tələbindən göründüyü kimi, işçiyə gündəlik xərc yox, yalnız müvafiq təsdiqedici sənədlər əsasında yol xərci ödənilməlidir. 
Xarici ezamiyyətlər zamanı isə yanaşma fərqlidir. Qaydaların “III. Xarici ölkələrə ezamiyyələr” bölməsinin ikinci hissəsinə əsasən, işçi ezamiyyətə getdiyi və həmin gün Azərbaycan Respublikasına qayıtdığı halda ona nəzərdə tutulmuş ezamiyyə xərclərinin 1 günlük normasının 40 faizi həcmində vəsait ödənilməlidir. 

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
2.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
3. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 
4. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
5. ƏMAS Platforması - 2024 (II nəşr)
6. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
7.  Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 
8.  Vergi uçotu A-dan-Z-yə - VIII nəşr

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Əmək Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 2024 (YENİ)
2. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
3. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
4.  Vergi Platforması - I nəşr

0 Komment

    Şərh yazın

    Xəbərlər