İşçinin məzuniyyət dövrünün bitmə tarixi bayram gününə düşməsi halı necə tənzimlənir?
Satışı davam edən "Əməyin uçotu: A-dan Z-yə" (VII nəşr) kitabından seçmə
Təcrübədə rast gəlinən hal üzərindən məzuniyyət günlərinin uzadılmasını izah edək.
Mİsal. İşçi 02 mart 2024-cü il tarixdə 21 günlük məzuniyyətə göndərilir. Bayram günlərini nəzərə almasaydıq, məzuniyyətin başlanma tarixi və bitmə tarixi müvafiq olaraq 02 mart 2024-cü il və 22 mart 2024-cü il tarixləri olacaqdı. Amma həmin dövrə 4 bayram günü təsadüf edir: 08 mart 2024-cü il və 20,21 və 22 mart 2024-cü il tarixləri. Bu səbəbdən məzuniyyət günlərinin bayram günləri qədər artırmaq lazımdır. Amma Novruz Bayrami 5 gün olduğu üçün 23 və 24 mart 2024-cü il tarixləri məzuniyyət günlərinə aid edilmir.
Beləliklə, işçinin 2 mart 2024-cü il tarixdə başlayan 21 günlük məzuniyyətinin bitmə tarixi 28 mart 2024-cü il, işə başlama tarixi isə 29 mart 2024-cü il olacaq. Göründüyü kimi, 2 mart 2024-cü ildən başlayan 21 günlük əmək məzuniyyəti 21 günü yox, 6 günlük bayramla birgə 27 təqvim gününü əhatə edir.
İşçinin məzuniyyəti dövründə Nazirlər Kabinetinin qərarına əsasən iş günü yerdəyişməsi olarsa, proses necə tənzimlənir?
Qeyd etdiyimiz kimi, Əmək Məcəlləsinin 104-cü maddəsinin yeddinci hissəsinə əsasən, bayram və həftələrarası istirahət günləri biri digərindən əvvəl və ya sonra gələrsə, iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin qərarı ilə iş və ya istirahət günlərinin yeri dəyişdirilə bilər.
Mİsal. İşçi 8 aprel 2024-cü il tarixdən 14 günlük əmək məzuniyyəti hüququndan istifadə edir. Nazirlər Kabinetinin qərarına əsasən, 10 və 11 aprel tarixlərində Ramazan Bayramının qeyd edilməsi nəzərdə tutulub. İş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə Nazirlər Kabineti aprelin 12-si həftənin cümə gününə təsadüf etdiyindən aprelin 6-sı, şənbə günü ilə yerləri dəyişdirilib. Beləliklə, ardıcıl 5 gün (aprelin 10,11,12,13 və 14-ü) iş olmayacaq.
İş günlərinin yerinin dəyişməsinə baxmayaraq işçinin 8 aprel 2024-cü il tarixdən başlayan 14 günlük məzuniyyəti dövründə yalnız bayram günləri hesab edilən 10 və 11 aprel 2024-cü il tarixləri qədər yəni 2 gün uzadılma olacaq. Bu səbəbdən də, işçinin məzuniyyətinin başlanma tarixi 8 aprel 2024-ci il, bitmə tarixi 23 aprel 2024-ci il, işçinin işə başlanma tarixi 24 aprel 2024-cü il kimi qeyd edilməlidir.
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]
Satışı davam edənlər:
1. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu
2. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (III nəşr)
3. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024
4. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)
5. ƏMAS Platforması - 2024 (II nəşr)
6. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
7. Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə)
Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:
1. Əmək Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 2024 (YENİ)
2. Vergi uçotu A-dan-Z-yə - VII nəşr
3. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
4. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
5. Vergi Platforması - I nəşr
0 Komment
Şərh yazın