Hamilə işçinin analıq məzuniyyətinə çıxmadan işləməsi mümkündür?

Hamilə işçinin analıq məzuniyyətinə çıxmadan işləməsi mümkündür?

Satışı davam edən "Əməyin uçotu: A-dan Z-yə" (IV nəşr) kitabından seçmə

Təcrübədə rast gəlinən hallardan biri odur ki, işçi analıq məzuniyyətinə çıxması haqqında sənəd təqdim etməsinə baxmayaraq, hər hansı şikayəti olmadığı üçün işinə davam etmək istəyir. Qanunvericilikdə bununla bağlı konkret maddə olmasa da, bu cür hallar qanunaziddir. Çünki əmək qanunvericiliyi işçinin analıq məzuniyyətinə göndərilməsini onun sağlamlığı üçün zəruri hesab etdiyi üçün, işçi həmin dövrdə məzuniyyət hüququndan istifadə etməyə borcludur.
Mİsal 1. İşçi 126 günlük təqvim günü olan (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü) analıq məzuniyyətinin doğuşdan əvvəlki 40 təqvim gününə düşən iş günlərində çalışmaq istəyir. Bu zaman işəgötürən işçinin müraciətini müsbət cavablandıraraq onun işləməsinə şərait yarada bilər.
Mİsal 2.  İşçi 126 günlük təqvim günü olan (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü) analıq məzuniyyətinin doğuşdan sonrakı 56 gününün yalnız 40 günündən istifadə etmək istəyir. İşəgötürən işçinin doğuşdan sonrakı günlərdə çalışmasına imkan yaratmamalıdır. Çünki, işçi həmin dövrə təsadüf edən məzuniyyət günlərindən tam istifadə etməlidir. 

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
2.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
3. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 
4. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
5. ƏMAS Platforması - 2024 (II nəşr)
6. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
7.  Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Əmək Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 2024 (YENİ)
2. Vergi uçotu A-dan-Z-yə - VII nəşr
3. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
4. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
5.  Vergi Platforması - I nəşr

0 Komment

    Şərh yazın

    Xəbərlər