ƏMAS-da strukturun nüsxələnməsi zaman aktiv əmək müqaviləsi bildirişlərində dəyişikliklər necə aparılır?

ƏMAS-da strukturun nüsxələnməsi zaman aktiv əmək müqaviləsi bildirişlərində dəyişikliklər necə aparılır?

Satışı davam edən "ƏMAS Platforması: A-dan Z-yə" (II nəşr) kitabından seçmə

ƏMAS altsistemində struktur əməliyyatlarının izahını təqdim etmədən öncə, əmək müqaviləsi bildirişi ilə bağlı həmkarlarımızı maraqlandıran bir məsələyə aydınlıq gətirmək istərdik. İşəgötürən hər hansı strukturu sildikdə, həmin strukturda olan aktiv əmək müqaviləsi bildirişi üzrə düzəlişlərin həyata keçirilib-keçirilməməsi maraq doğuran əsas məsələlərdəndir. 
Misal.  İşəgötürən qərar verir ki, regional bölmə yaradıldığı üçün Şəki və Qax filialları ləğv edilsin. Həmin iki filialın işçilərinin yeni yaradılacaq “Karvansaray” strukturuna aid edilməsi qərarlaşdırılır. İşəgötürən ƏMAS altsistemində regional bölməni yaratmaq üçün Şəki və Qax filiallarını ləğv etməklə yanaşı, yeni Karvansaray regional bölməsini də yaradır. Bu zaman Şəki və Qax filiallarında çalışan işçilərin aktiv əmək müqaviləri silinmiş struktura aid olduğu üçün ƏMAS altsistemində aktiv əmək müqaviləsi bildirişlərinə aid edilməyəcək. İşəgötürən tərəfindən qeyd olunan aktiv əmək müqavilələrinin yeni struktur bölməsinə inteqrasiyası həyata keçirilmədikdə, həmin məlumatların Dövlət Əmək Müfəttişliyi Xidmətinə ötürülməsi mümkündür. O səbəbdən də, işəgötürənlər strukrur üzrə dəyişikliklər etdikdə silinən bölmələrə aid aktiv əmək müqavilələrinin yeni bölməyə uyğunlaşdırılmasını həyata keçirməlidirlər.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
2.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
3. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 
4. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
5. ƏMAS Platforması - 2024 (II nəşr)
6. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
7.  Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Əmək Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 2024 (YENİ)
2. Vergi uçotu A-dan-Z-yə - VII nəşr
3. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
4. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
5.  Vergi Platforması - I nəşr

0 Komment

    Şərh yazın

    Xəbərlər