İşçi minimum hansı dövr üçün istifadə edilməmiş məzuniyyətə görə kompensasiya ala bilər?

İşçi minimum hansı dövr üçün istifadə edilməmiş məzuniyyətə görə kompensasiya ala bilər?

Satışı davam edən "Əməyin uçotu: A-dan Z-yə" (IV nəşr) kitabından seçmə

Təcrübədə rast gəlinən suallardan biri də işəgötürənin hansı hallarda işçiyə istifadə edilməmiş məzuniyyətə görə kompensasiya vermək hüququna malik olmasıdır. İşçiyə iş ili başa çatdıqdan sonra işəgötürən tərəfindən istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın verilməsi qanunauyğundur?
Fikrimizcə, istifadə edilməmiş məzuniyyətə görə kompensasiya ilə bağlı Əmək Məcəlləsinin 113-cü maddəsinin üçüncü hissəsinə diqqət yetirmək lazımdır. Əmək Məcələsinin 113-cü maddəsinin üçüncü hissəsinə əsasən, bir iş ilinə görə yalnız bir əmək məzuniyyəti verilə bilər. Təqvim ili ərzində işçinin iki iş ilinə görə məzuniyyət hüququ olduqda o, həmin təqvim ilində hər iki iş ilinə görə məzuniyyətdən birlikdə və ya ayrı-ayrılıqda istifadə edə bilər. Maddənin tələblərinə əsasən, işçinin bir ildə iki iş ilinə görə məzuniyyət hüququ yaranır.
Mİsal. İşçinin 10 aprel 2023-cü il tarixdə başlayan iş ili üzrə 10 aprel 2024-cü il tarixdən 31 dekabr 2024-cü il tarixədək iki iş ilinə görə məzuniyyətdən istifadə etmək hüququ yaranır. Fikrimizcə, 10 aprel 2023-cü il tarixdə başlayan iş ili üçün istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanı verilməsi 10 aprel 2024-cü il yox, 1 yanvar 2025-ci il tarixdən sonra mümkündür. Əks halda 10 aprel 2023-cü il – 10 aprel 2024-cü il dövrünü əhatə edən iş il üzrə 2024-cü il ərzində istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın verilməsi Əmək Məcəlləsinin 113-cü maddəsinin tələblərinin pozulmasına səbəb olur.
Misalın davamı olaraq fərz edək ki, işəgötürən tərəfindən işçiyə 10 aprel 2023-cü il - 10 aprel 2024-cü il iş ili üçün istifadə edilməmiş məzuniyyətə görə kompensasiya ödənilib. Bu zaman işçiyə istifadə edilməmiş məzuniyyətə görə kompensasiya verilsə belə, işçi təqvim ili ərzində başa çatan iş ilinə görə məzuniyyətdən istifadə hüququnu özündə saxlayır və işəgötürənin borcudur ki, işçinin həmin hüququnu tanıyaraq onu məzuniyyətə göndərsin.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
2.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
3. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 
4. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
5. ƏMAS Platforması - 2024 (II nəşr)
6. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
7.  Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Əmək Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 2024 (YENİ)
2. Vergi uçotu A-dan-Z-yə - VII nəşr
3. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
4. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
5.  Vergi Platforması - I nəşr

0 Komment

    Şərh yazın

    Xəbərlər