İşçi məzuniyyətdə olduqda əmək qabiliyyətini itirsə, hesablama necə aparılır? (4 MİSALLA İZAH)

İşçi məzuniyyətdə olduqda əmək qabiliyyətini itirsə, hesablama necə aparılır? (4 MİSALLA İZAH)

Satışı davam edən "Əməyin uçotu: A-dan Z-yə" (IV nəşr) kitabından seçmə

- əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı şəxsin məcburi dövlət sosial sığorta haqqı hesablanmayan əmək fəaliyyəti dövründə baş vermişdirsə;
Məcburi dövlət sosial sığorta haqqı hesablanmayan əmək fəaliyyəti dövrü həm bəzi məzuniyyyətlər, həm də işçiyə əmək haqqı hesablanmayan dövrlərdə baş verə bilər. Məzuniyyətlə bağlı misalları təqdim edirik.
Mİsal 1. İşçi öz hesabına 3 aylıq ödənişsiz məzuniyyət götürür. İşçi ödənişsiz məzuniyyət dövründə əmək qabiliyyətini itirməsi haqqında xəstəlik vərəqəsini işəgötürənə təqdim edir. İşçiyə ödənişsiz məzuniyyət dövründə əmək haqqı hesablanmadığı üçün əmək qabiliyyətini itirməsinə görə də ödəniş həyata keçirilməyəcək.
Mİsal 2.  İşçi 10 günlük müddətində ödənişsiz məzuniyyətdən istifadə edir. Ödənişsiz məzuniyyətin 4-cü günündə əmək qabiliyyətini 15 günlük müddətə müvəqqəti itirir. Bu zaman işçinin ödənişsiz məzuniyyətdən sonrakı 9 gün (15 gün (əmək qabiliyyətinin müvəqqəti itirdiyi dövr)  - 6 gün (qalıq ödənişsiz günlər)) üzrə müavinət hesablanması həyata keçirilməlidir.
Mİsal 3. Uşağa qismən ödənişli qulluq məzuniyyətində olan işçi həmin dövrdə əmək qabiliyyətini müvəqqəti itirir. Bu halda da işəgötürən müavinət hesablamamalıdır. Çünki məzuniyyət dövründə işçiyə ödənilən aylıq məbləğ DSMF tərəfindən həyata keçirilir və həmin dövr üçün işəgötürən tərəfindən məcburi dövlət sosial sığorta haqqı hesablanmır.
Mİsal 4.  İşçi iş yerində müvafiq səlahiyyətli orqanın qərarı ilə cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətdiyi üçün işəgötürən tərəfindən Əmək Məcəlləsinin 62-ci maddəsinə əsasən işdən kənarlaşdırılıb. İşçi işdən kənarlaşdırma dövründə əmək qabiliyyətini müvəqqəti itirərsə, bu zaman hesablanma həyata keçirilməyəcək.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
2.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
3. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 
4. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
5. ƏMAS Platforması - 2024 (II nəşr)
6. A-dan Z-yə: Kargüzarlıq - V nəşr
7.  Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Əmək Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 2024 (YENİ)
2. Vergi uçotu A-dan-Z-yə - VII nəşr
3. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
4. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
5.  Vergi Platforması - I nəşr

0 Komment

    Şərh yazın

    Xəbərlər