Ramin Hacıyevin təqdimatında: İş vaxtı rejiminin müəyyən edilməsi qaydaları

Ramin Hacıyevin təqdimatında: İş vaxtı rejiminin müəyyən edilməsi qaydaları

İş vaxtı rejiminin müəyyən edilməsi barədə mövzunu “vergiler.az”a insan resursları üzrə ekspert Ramin Hacıyev şərh edir.

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 95-ci maddəsinin 2-ci hissəsində iş vaxtının rejimi və onu müəyyən edən qaydalardan bəhs edilir. Belə ki, həmin maddənin tələbinə görə, iş vaxtının rejimi və onu müəyyən edən qaydalar işəgötürənin əmri (sərəncamı, qərarı) ilə təsdiq edilir.

Təcrübədə əmək müqaviləsi bağlanarkən tətbiq edilən iş rejimi, yaxud iş vaxtı rejimini müəyyən edən daxili qaydalar hazırlanarkən 95-ci maddənin 2-ci hissəsinin tələbinə uyğun əmr (sərəncam, qərar) tərtib olunmur. Bu isə qanunvericiliyin tələbinin pozulması hesab olunur. Gələcəkdə iş vaxtının müəyyən edilməsi ilə bağlı məhkəmə mübahisəsi olarsa, iş vaxtının rejimi və onu müəyyən edən qaydaların təsdiq edilməsinə dair işəgötürənin əmri (sərəncamı, qərarı) olmazsa, məhkəmə tərəfindən işəgötürənin əleyhinə qərar verilə bilər. Həmçinin iş rejimi ilə bağlı işçi tərəfindən Dövlət Əmək Müfəttişliyi Xidmətinə şikayət olunarsa, o zaman İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinə əsasən cərimə riski yaranır.

İş vaxtının rejimi və onu müəyyən edən qaydaları tətbiq etməzdən öncə bu qaydalar mütləq işəgötürənin əmri (sərəncamı, qərarı) ilə təsdiq edilməlidir. Həmin əmrə əsasən, şirkətdə iş rejimi haqqında qaydalar hazırlana bilər.

Bildirmək istəyirəm ki, qeyd olunan əmr bütün iş rejimində fəaliyyət göstərən müəssisələrə şamil edilir (beşgünlük, altıgünlük, növbəli, iş vaxtının cəmlənmiş uçotu və digər rejimlər).

Əmrin məzmununda müəssisədə işçilərin hansı iş rejimində çalışacaqları, işin başlama və bitmə vaxtları, gündəlik və həftəlik istirahət vaxtları barədə məlumat qeyd olunmalıdır.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
2.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
3. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 
4. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
5. ƏMAS Platforması - 2024 (II nəşr)

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 2024 (YENİ)
2. Əmək Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 2024 (YENİ)
3. A-dan Z-yə: Kargüzarlıq - VI nəşr
4. Vergi uçotu A-dan-Z-yə - VII nəşr
5. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
6. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
7.  Vergi Platforması - I nəşr

0 Komment

    Şərh yazın

    Xəbərlər