İşəgötürən qısadılmış iş vaxtı zamanı natamam iş həftəsi tətbiq edə bilər?

İşəgötürən qısadılmış iş vaxtı zamanı natamam iş həftəsi tətbiq edə bilər?

Satışı davam edən "Əməyin uçotu: A-dan Z-yə" (IV nəşr) kitabından seçmə
Qısadılmış iş vaxtının tətbiq ilə bağlı təcrübədə rast gəldiyimiz hallardan biri də işəgötürən tərəfindən natamam iş vaxtının tətbiqi halıdır.
Mİsal.  İşəgötürən qərar verir ki, 5 günlük iş rejimində qısadılmış iş vaxtı ilə çalışan orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş işçi həftənin 4 günü tam işləsə də, cümə günü işə gəlməsin. 
Əmək qanunvericiliyində natamam iş vaxtı ilə bağlı natamam iş həftəsi anlayışından istifadə olunsa da, qısadılmış iş vaxtı ilə bağlı maddələrdə həmin ifadə öz əksini tapmayıb. O səbəbdən də işəgötürən qısadılmış iş vaxtını bir qayda olaraq işçini hər gün iş vaxtının bitməsindən öncə işdən göndərməklə rəsmiləşdirir. Amma nəşrimizin digər bölmələrində də qeyd etdiyimiz kimi, Əmək Məcəlləsi minimum normaları müəyyən edir. İşəgötürən qısadılmış iş vaxtı ilə bağlı natamam iş həftəsinin tətbiqini daxili sənədlərdə əks etdirərsə və ayrı-seçkilik etmədən qısadılmış iş rejimi tətbiq olunan bütün işçilərə həmin hüququ tanıyarsa, bu hal qanunverciliyə uyğun hesab ediləcək. Bu yanaşma işəgötürən tərəfindən əmək şəraitinin yüksək normasının tətbiq edilməsi kimi qiymətləndirilir.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
2.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
3. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 
4. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
5. ƏMAS Platforması - 2024 (II nəşr)

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 2024 (YENİ)
2. Əmək Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 2024 (YENİ)
3. A-dan Z-yə: Kargüzarlıq - VI nəşr
4. Vergi uçotu A-dan-Z-yə - VII nəşr
5. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
6. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
7.  Vergi Platforması - I nəşr

0 Komment

    Şərh yazın

    Xəbərlər