Altıgünlük iş rejimində iş saatlarının aylıq normadan yüksək olması halı necə tənzimlənir?

Altıgünlük iş rejimində iş saatlarının aylıq normadan yüksək olması halı necə tənzimlənir?

Satışı davam edən "Əməyin uçotu: A-dan Z-yə" (IV nəşr) kitabından seçmə

2024-cü ilin istehsalat təqvimində hər ay üzrə iş vaxtı norması müəyyən edilib. Əmək Məcəlləsinin 90-cı maddəsinin üçüncü hissəsinə əsasən, altıgünlük iş həftəsində həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan çox ola bilməz. 
Təcrübədə rast gəlinir ki, işəgötürən altıgünlük iş həftəsində həftəlik normanı - 40 saatı gözləsə də, yekunda iş saatlarının cəmi aylıq iş normadan çox olur. İşəgötürən həmin aylarda aylıq iş normasından çox olan iş saatına görə əlavə əmək haqqı hesablamalıdır?
Suala cavab tapılması üçün 2024-ci il üçün iş vaxtı normasının və istehsalat təqvimində altıgünlük iş həftəsi ilə bağlı qeydləri nəzərdən keçirək: “Altıgünlük iş həftəsi olan iş yerlərində 40 saatlıq iş həftəsində çalışan işçilər üçün 2024-cü ildə beşgünlük iş həftəsi üzrə hesablanmış 1901 saatlıq illik iş vaxtı norması tətbiq edilməlidir.
İş vaxtının qeydiyyatı (uçotu) dövründə və ya təqvim ili ərzində iş vaxtı saatları iş vaxtı normasına uyğun gəlirsə, ayrı-ayrı aylarda iş vaxtının normal iş vaxtından az və ya çox işlənilməsi halları altıgünlük iş həftəsi cədvəlinə yenidən baxılması üçün əsas ola bilməz.
İş vaxtının illik normasına görə altıgünlük iş həftəsi cədvəlinə il ərzində düzəliş edilməsi ilə bağlı konkret məsələlər istehsalat və digər yerli şərait nəzərə alınmaqla bilavasitə kollektiv müqavilədə nəzərdə tutulmaqla həll olunur.”
Bildiyimiz kimi, istehsalat təqvimi beşgünlük iş həftəsi norması və Əmək Məcəlləsinin tələbləri əsasında müəyyən edilir. Qeydlərdən göründüyü kimi, istər beşgünlük, istərsə də altıgünük iş həftəsində, həmçinin 12 saatlıq iş vaxtı tətbiq olunan iş vaxtının cəmlənmiş uçotunda işçinin illik iş vaxtı norması 1901 saatı (2024-ci il üzrə) keçməməlidir. 
Altıgünlük iş rejiminin tətbiqi nəticəsində işçinin illik iş norması 1901 saatı keçərsə, bu zaman işəgötürən işçiyə əlavə istirahət vaxtları müəyyən etməlidir ki, işçi həmin normanı keçməsin. Altıgünlük iş rejimində işçinin iş saatı illik normadan kənarlaşarsa, o zaman həmin iş vaxtlarına görə iki qat əmək haqqı hesablanmalıdır. Mümkündür ki, işəgötürən həmin normanı illik yox, rüblük dövr əsasında da müəyyən edərək əlavə əmək haqqı hesablanmasını həyata keçirsin. Təbii ki, işçi hər hansı səbəbdən (xəstəlik, ödənişsiz məzuniyyət və s.) tam işləməyibsə, o zaman illik iş vaxtı normasına müvafiq düzəlişlər həyata keçirilməlidir.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
2.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
3. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 
4. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
5. ƏMAS Platforması - 2024 (II nəşr)

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 2024 (YENİ)
2. Əmək Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 2024 (YENİ)
3. A-dan Z-yə: Kargüzarlıq - VI nəşr
4. Vergi uçotu A-dan-Z-yə - VII nəşr
5. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
6. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
7.  Vergi Platforması - I nəşr

0 Komment

    Şərh yazın

    Xəbərlər