Təlimə göndərilən işçi işdən çıxarsa,  təlim xərci əmək haqqıdan tutula bilər?

Təlimə göndərilən işçi işdən çıxarsa,  təlim xərci əmək haqqıdan tutula bilər?

Satışı davam edən "Əməyin uçotu: A-dan Z-yə" (III nəşr) kitabından seçmə

Əmək haqqıdan tutulmalarla bağlı rast gəlinən iki hala münasibət bildirək.
Birinci hal. Təlimə göndərilən işçi öz ərizəsi ilə işdən çıxarsa, təlim xərcləri tam və ya qismən onun əmək haqqından tutula bilər?
Əmək Məcəlləsinin 9-cu maddəsinə əsasən, əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biri də peşə hazırlığını artırmaq, yeni ixtisasa yiyələnmək və ixtisasını artırmaqdır. Əmək Məcəlləsinin 12-ci maddəsinə əsasən, əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biri də, işçinin peşə hazırlığını artırmaq və yeni ixtisasa yiyələnmək məsələsində onlara eyni yanaşmaq və bərabər imkanlar yaratmaqdır.
Əmək Məcəlləsinin 7-ci maddəsinin 4-cü və 5-ci hissələrinə əsasən bilavasitə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işəgötürənlə işçinin qarşılıqlı razılığı ilə yeni peşəöyrətmə, ixtisasa yiyələnmə müqaviləsi bağlanıla bilər. İşçiyə yeni peşəöyrətmənin və ya ixtisasa yiyələnmənin şərtləri, qaydaları, müddəti və tərəflərin öhdəlikləri əldə edilən razılıq əsasında bağlanan müvafiq müqavilə ilə və yaxud əmək müqaviləsi ilə tənzimlənir.
Hesab edirik ki, Əmək Məcəlləsinin 7-ci maddəsinin 5-ci hissəsi rəhbər tutularaq  qarşılıqlı razılıq əsasında bağlanan kollektiv müqavilədə və yaxud əmək müqaviləsində yeni peşəöyrətmə və ya ixtisasa yiyələnmə, eləcə də təlimlə bağlı tərəflərin maddi öhdəliyini müəyyən edən ağlabatan  şərtlər nəzərdə tutula və əmək müqaviləsinə xitam verilərkən bu şərtlər nəzərə alına bilər.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

Satışı davam edənlər:

1. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu 
2.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) 
3. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 
4. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  
5. ƏMAS Platforması - 2024 (II nəşr)

Yaxın zamanlarda dərc olunması planlaşdırılanlar:

1. Vergi Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 2024 (YENİ)
2. Əmək Məcəlləsi (1 yanvar 2024-cü il tarixdən sonra edilən dəyişikliklərin şərhi ilə) 2024 (YENİ)
3. A-dan Z-yə: Kargüzarlıq - VI nəşr
4. Vergi uçotu A-dan-Z-yə - VII nəşr
5. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
6. PMS Sertifikatı (I mərhələ):Test və tapşırıqlar toplusu - I nəşr
7.  Vergi Platforması - I nəşr

0 Komment

    Şərh yazın

    Xəbərlər