ƏMAS altsistemində məzuniyyətin hüquqi əsası ilə bağlı hansı yanlışlıqlar mövcuddur?

ƏMAS altsistemində məzuniyyətin hüquqi əsası ilə bağlı hansı yanlışlıqlar mövcuddur?

Satışı davam edən "ƏMAS Platforması: A-dan Z-yə" (II nəşr) kitabından seçmə

Elektron əmək məzuniyyət əmrinin hüquq əsaslandırması üçün iki mühüm qanunvericilik aktı əsas götürülüb: Əmək Məcəlləsi və “Dövlət Qulluğu haqqında” qanun.
Məzuniyyət növünə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulan maddələr üzrə seçim imkanı verilir. Misal üçün, əmək məzuniyyəti seçdikdə aşağıdakı maddələr əks olunan bölmə əks olunur.  Təhsil məzuniyyətini seçdikdə tamam fərqli maddələr qeyd edilir.
Məzuniyyətlər içərisində praktikada ən çox istifadə olunan əmək məzuniyyət olduğundan həmin bölmə üzrə nəzərə alınan və alınmayan maddələr haqqında məlumatı cədvəl formasında təqdim edirik. Cədvəl tərtib olunarkən əmək məzuniyyəti ilə bağlı hüquqi əsas yaradan qanunvericiliyin tələbləri nəzərə alınıb. Misal üçün, “Dövlət Qulluğu haqqında” AR Qanununun 30.3-cü maddəsinə əsasən,  İnzibati vəzifə tutan dövlət qulluqçusuna ildə bir dəfə 30 təqvim günü müddətində haqqı ödənilən əsas məzuniyyət verilir.     Bu cür əmrlər zamanı artıq “30.3” seçməlidir. Əgər dövlət qulluqçusuna staja görə əlavə məzuniyyət verilirsə, o zaman müvafiq olaraq aşağıdakı seçimlər nəzərə alınmalıdır:
- Maddə 30.3.1. 5 ildən 10 ilədək əmək stajına görə —2 təqvim günü;    
- Maddə 30.3.2.    10 ildən 15 ilədək əmək stajına görə—4 təqvim günü;
- Maddə 30.3.3.    15 ildən çox əmək stajına görə —6 təqvim günü.
Əmək Məcəlləsinə əsasən məzuniyyətin tənzimlənməsi üçün müvafiq maddələr qeyd edilib.  Misal üçün, mütəxəssis üçün elektron əmək məzuniyyəti hazırlayarkən Əmək Məcəlləsinin 114.3-cü maddəsinin (b) bəndi seçilməlidir.  Xüsusi təhsil müəssisələri istisna olmaqla, təhsil müəssisəsində pedaqoji iş aparmayan rəhbər işçilərə və inzibati-tədris heyəti işçilərinə, habelə məktəbdənkənar uşaq müəssisələrinin rəhbərlərinə əmək məzuniyyəti hesablanarkən isə, Əmək Məcəlləsinin 114.3-cü maddəsinin “c” bəndinə istinad olunmalıdır. Həmçinin siyahıda əvəzetmə, məzuniyyət günlərinə təsadüf edən bayram günləri ilə müvafiq maddələri seçim imkanı verilib, bu haqda növbəti səhifələrimizdə geniş məlumat verəciyik. Təəssüf ki, əmək məzuniyyəti əmrinin seçimi zamanı aşağıdakı maddələrin nəzərə alınmayıb və həmin maddələr texniki səhv olaraq digər bölmələrdə qeyd edilib:

219

Ümid edək ki, cədvəldə qeyd edilən maddələr ƏMAS alstisteminin elektron əmək məzuniyyətində qeyd olunması təşkil ediləcək.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024 (YENİ) - SATIŞI BİTİB (iyun ayında yeni nəşr olacaq)

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu - Satışı bitib

3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) - SATIŞI davam edir

4. A-dan Z-yə: Kargüzarlıq - Satışı davam edir

5. Əmək Qanuvericiliyi Toplusu 2023 - Satışı davam edir

6. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 - Satışı davam edir

7. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  - Satışı davam edir

8. ƏMAS Platforması - 2024 (II nəşr) - 27 may tarixindən SATIŞDA

9. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2024 - iyunayından satışda

10. Əmək Bələdçisi - 2024 - sentyabr ayından satışda

11.  Vergi Platforması - 2024 - iyun ayından satışda satışda

12.  PMS Sertifikatı (I mərhələ) - I nəşr Test və tapşırıqlar toplusu - iyun 2024-cü il tarixdən satışda

13.  Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - İyun 2024-cü il tarixdən satışda

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər