ƏMAS altsistemində “Xitamın səbəbi” bölməsi necə doldurulır? (2 misalla izah) 

ƏMAS altsistemində “Xitamın səbəbi” bölməsi necə doldurulır? (2 misalla izah) 

Satışı davam edən "ƏMAS Platforması: A-dan Z-yə" (II nəşr) kitabından seçmə

Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olaraq, əmək müqaviləsinin ləğv edilməsinin əsası əmrdə mütləq qeyd olunmalıdır. ƏMAS altsistemində əmək müqaviləsinin xitamına əsas verən maddələrin siyahısı təqdim edilib:
Qeyd edək ki, ƏMAS altsistemində əmək müqaviləsinə xitamın daha konkret olaraq qeyd edilməsi nəzərdə tutulub. Misal üçün, Əmək Məcəlləsinin 69-cu maddəsində əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsinin 3 fərqli halı üzrə xitamın aparılması nəzərə tutulub:
- İşçinin bir təqvim ayı qabaqcadan işəgötürəni xəbərdar etməsi halında əmək müqaviləsinə xitam (Maddə 69.1)
- İşçinin yaşa, əliliyə görə əmək pensiyası və s. hallarda əmək müqaviləsinə xitam (Maddə 69.3);
-  İşçi məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğv edilməsi halı (Maddə 69.6).
Əmək müqaviləsinə xitamla bağlı maddənin seçilməsinə fərqli yanaşmanı misal üzərində nəzərdən keçirək. 
Mİsal.  İşəgötürən işçinin ərizəsinə uyğun olaraq bir təqvim ayı öncədən xəbərdarlıq etməklə əmək müqaviləsinə xitam verib. Bu zaman xitamla bağlı əmrdə Əmək Məcəlləsinin 68.2 (a), yoxsa 69.1 maddəsi qeyd olunmalıdır?
Bəzi həmkarlarımız hesab edirlər ki, Əmək Məcəlləsinin 68-ci maddəsi əmək müqaviləsinə xitam verilməsinin əsaslarını müəyyənləşdirdiyi üçün həmin maddəyə də istinad edilməlidir. Bu fikirdə olanların digər digər əsaslandırması isə ondan ibarətdir ki, 69-cu maddənin adı “Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası” olduğu üçün, əmək müqaviləsinə xitamın əsası hesab edilə bilməz.
Digər fərqli yanaşmaya görə, Əmək Məcəlləsinin 69-cu maddəsində “qayda” ifadəsinin qeyd edilməsi texniki səhv kimi qiymətləndirilməlidir. Çünki Əmək Məcəlləsinin 76-cı maddəsində qeyd edilir ki, işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Göründüyü kimi, əmək müqaviləsinə xitamın əsası olaraq 69-cu maddəyə istinad edilməsi qanunvericilikdə nəzərdə tutulub.
Mİsal.  İşçi 10 avqustda ərizə ilə müraciət edərək əmək müqaviləsinə 10 sentyabr tarixdən xitam verilməsini xahiş edir. İşəgötürən işçinin əmək müqaviləsinə xitamın əsasını aşağıdakı şəkildə qeyd etməlidir:
İşəgötürən “Xitamın əsası”bölməsində Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə də istinad edə bilər:
İşəgötürənin qeyd olunan maddələrdən birinə istinad etməsində qanun pozuntusu olmasa da, tövsiyə edərdik ki, əsas kimi Əmək Məcəlləsinin 69.1-ci maddəsini göstərsinlər. Çünki həmin maddədə əmək müqaviləsinə xitamın əsası daha konkret qeyd edilib.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024 (YENİ) - SATIŞI BİTİB (iyun ayında yeni nəşr olacaq)

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu - Satışı bitib

3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) - SATIŞI davam edir

4. A-dan Z-yə: Kargüzarlıq - Satışı davam edir

5. Əmək Qanuvericiliyi Toplusu 2023 - Satışı davam edir

6. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 - Satışı davam edir

7. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  - Satışı davam edir

8. ƏMAS Platforması - 2024 (II nəşr) - 27 may tarixindən SATIŞDA

9. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2024 - iyunayından satışda

10. Əmək Bələdçisi - 2024 - sentyabr ayından satışda

11.  Vergi Platforması - 2024 - iyun ayından satışda satışda

12.  PMS Sertifikatı (I mərhələ) - I nəşr Test və tapşırıqlar toplusu - iyun 2024-cü il tarixdən satışda

13.  Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - İyun 2024-cü il tarixdən satışda

0 Komment

    Şərh yazın

    Xəbərlər