Anar Bayramovun təqdimatında: ƏMAS-da işçinin əmək şəraitinin hansı halları qeyd edilməlidir?

Anar Bayramovun təqdimatında: ƏMAS-da işçinin əmək şəraitinin hansı halları qeyd edilməlidir?

Əmək Məcəlləsinin 3-cü maddəsinə əsasən, əmək şəraiti – işçinin öz əmək funksiyasını səmərəli və faydalı yerinə yetirmək üçün minimum normaları bu Məcəllədə nəzərdə tutulan, habelə əmək müqaviləsində (kollektiv müqavilədə, sazişdə) tərəflərin özləri müəyyən etdiyi əmək, sosial və iqtisadi normaların məcmusudur. Bəs bu məqam yeni yaradılmış Əmək və Məşğulluq Altsistemində (ƏMAS) necə əks olunur?

Mövzu ilə bağlı “vergiler.az”ın sualına iqtisadçı ekspert Anar Bayramov aydınlıq gətirir. 
Əmək qanunvericiliyində işçinin əmək şərati ilə bağlı müəyyən tələblər əksini tapıb. Misal üçün, Əmək Məcəlləsinin 92-ci maddəsində qeyd edilir ki, əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insan sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatlarda, peşə və vəzifələrdə çalışan işçilərə həftədə 36 saatdan çox olmayan qısaldılmış iş vaxtı müəyyən edilir.

Başqa bir misal. Əmək Məcəlləsinin 100-cü maddəsinin 2-ci hissəsində bildirilir ki, hər bir işçi dalbadal gələn iki iş günü ərzində dörd saatdan, əmək şəraiti ağır və zərərli olan iş yerlərində isə iki saatdan çox iş vaxtından artıq işlərə cəlb edilə bilməz.

ƏMAS alstistemində işçinin əmək şəraiti üzrə 5 seçim imkanı verilir: zərərli, ağır zərərli, normal, ağır və digər.

Yanlız "Normal" seçdikdə "İş yerinin əmək şəraiti" bölməsi deaktiv olur. Əmək şəraiti normal olmayan iş şəraiti ilə bağlı işəgötürənlər aşağıdakı əsas normativ hüquqi sənədlərin tələblərini gözləməlidirlər:

- “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əməkhaqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 avqust 2002-ci il tarixli 137 nömrəli Qərarı;

- "Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı"nın tətbiqi Qaydaları"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 iyul 2004-cü il tarixli 92 nömrəli qərarı;

- "İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən əmək şəraiti fiziki, kimyəvi, bioloji, habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatların, peşə və vəzifələrin Siyahısı"nın tətbiqi Qaydaları"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 noyabr 2004-cü il tarixli 175 nömrəli Qərarı;

- “İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insan səhhətinə mənfi təsir göstərən digər amillər olan ǝmək şəraitli iş yerləri üzrə iş vaxtının konkret müddəti göstərilməklə peşələrin, vəzifələrin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 avqust 2003-cü il tarixli 106 nömrəli Qərarı;

- "Yaşı 18-dən az olan işçilərin əməyinin tətbiqi qadağan olunan ǝmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin siyahısının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 mart 2000-ci il tarixli 58 nömrəli Qərarı;

- "İşçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerlərində, habelə əhalinin sağlamlığının mühafizəsi məqsədilə yeyinti sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və bu qəbildən olan digər iş yerlərində əmək müqaviləsi bağlanılarkən işçilərin sağlamlığı haqqında tibbi arayış tələb olunan peşələrin (vəzifələrin) iş yerlərinin siyahısının təsdiq edilməsi barədə" Nazirlər Kabinetinin 3 yanvar 2000-ci il tarixli 1 nömrəli Qərarı.

Həm ƏMAS altsistemində, həm də əmək qanunvericiliyində əmək şəraitinin ağır, zərərli, xüsusilə ağır və xüsusilə zərərli işlər üzrə bölgüsü aparılır. Nazirlər Kabinetinin “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əməkhaqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Qərarına əsasən, Azərbaycan Respublikasının müəssisə, idarə və təşkilatlarında iş yerlərinin attestasiyasının nəticələri əsasında əmək şəraiti ağır və zərərli olan işlərdə çalışan işçilərin tarif (vəzifə) maaşlarına əmək şəraitinin ağır və zərərlik səviyyəsindən asılı olaraq artımın (əmsalın) minimum miqdarı aşağıdakı kimi müəyyən edilib:

Əmək şəraiti ağır və zərərli işlərdə əmək şəraitinin ağır və zərərliliyinin:

aşağı səviyyəsində - 1,04;

orta səviyyəsində - 1,08;

yuxarı səviyyəsində - 1,12.

Əmək şəraiti xüsusilə ağır və xüsusilə zərərli işlərdə əmək şəraitinin ağır və zərərliliyinin:

aşağı səviyyəsində - 1,16;

orta səviyyəsində - 1,20;

yuxarı səviyyəsində - 1,24.

Misal 1: Əmək şəraiti xüsusilə ağır işdə çalışan işçinin əmək şəraitinin ağır və zərərliliyi yuxarı səviyyədə qiymətləndirilib. Nazirlər Kabinetinin qərarına uyğun olaraq, tarif (vəzifə) maaşı 500 manat olan işçiyə hesablanan əmsal 1.24 müəyyən edildiyi üçün bu məbləğ 120 manat olacaq.

Digər məsələ isə iqlim şəraiti ilə bağlı əlavələrin müəyyən edilməsidir. Qərara əsasən, Azərbaycan Respublikasının susuz torpaq ərazilərində daimi içməli su mənbəyindən 20 km-dən 40 km-dək uzaqda yerləşən müəssisə, idarə, təşkilatlarda və ya iş yerlərində çalışan işçilərin əməkhaqqına artımın (əmsalın) minimum miqdarı 1,2, 40 və ondan çox olduqda isə artımın (əmsalın) minimum miqdarı 1,4 məbləğində müəyyən edilib. Həmçinin, Xəzər dənizində yerləşən obyektlərdə çalışan işçilərin tarif (vəzifə) maaşlarına sahillə əlaqə şəraitindən asılı olaraq artımın (əmsalın) minimum miqdarı aşağıdakı kimi müəyyən edlib:

sahillə quru yol əlaqəsi olduqda - 1,4;

quru yol əlaqəsi olmadıqda və sahildən aşağıdakı uzaqlıqda yerləşdikdə:

0,5 km-ə qədər - 1,5;

0,5 km-dən 70 km-ə qədər - 1,65;

70 km-dən artıq - 1,75.

Misal 2: Nazirlər Kabinetinin 22 avqust 2002-ci il tarixli, 137 nömrəli qərarı ilə Xəzər dənizində yerləşən obyektlərdə çalışan işçilərin tarif (vəzifə) maaşlarına sahillə əlaqə şəraitindən asılı olaraq artımın (əmsalın) minimum miqdarı müəyyən edilib. Misal üçün, qərara əsasən, Xəzər dənizində yerləşən obyektin sahillə quru yol əlaqəsi olduqda 1,4 əmsal tətbiq edilir. Yəni, işçinin vəzifə (tarif) maaşı 500 manatdırsa, o zaman tətbiq edilən əmsal nəticəsində məbləğ 700 manat olacaq:

500 manat x 1,4 ǝmsal = 700 manat.

Sonda bir məsələni də qeyd edək ki, ƏMAS altsistemindən öncəki e-gov.az portalındakı elektron informasiya sistemində "Əmək şəraiti" bölməsi aktiv edilməmişdi. Yeni proqram təminatında bütün işçilər üçün ilk düzəliş həyata keçirildikdə, əmək şəraitinin qeyd edilməsi məcburi tələb kimi qoyulub. Həmçinin, normal əmək şəraiti olmayan hallar üzrə əmsalların seçilməsi sonradan ƏMAS-da avtomatik müəyyən edildi.

Mənbə: Anar Bayramov: “ƏMAS platforması” kitabı

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024 (YENİ) - SATIŞI BİTİB (iyun ayında yeni nəşr olacaq)

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu - Satışı bitib

3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) - SATIŞI davam edir

4. A-dan Z-yə: Kargüzarlıq - Satışı davam edir

5. Əmək Qanuvericiliyi Toplusu 2023 - Satışı davam edir

6. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 - Satışı davam edir

7. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  - Satışı davam edir

8. ƏMAS Platforması - 2024 (II nəşr) - 27 may tarixindən SATIŞDA

9. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2024 - iyunayından satışda

10. Əmək Bələdçisi - 2024 - sentyabr ayından satışda

11.  Vergi Platforması - 2024 - iyun ayından satışda satışda

12.  PMS Sertifikatı (I mərhələ) - I nəşr Test və tapşırıqlar toplusu - iyun 2024-cü il tarixdən satışda

13.  Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - İyun 2024-cü il tarixdən satışda

0 Komment

    Şərh yazın

    Xəbərlər