Əmək müqaviləsi bağlanarkən işçi hansı sənədləri təqdim etməlidir? (Misallarla izah)

Əmək müqaviləsi bağlanarkən işçi hansı sənədləri təqdim etməlidir? (Misallarla izah)

Satışı davam edən "Əməyin uçotu: A-dan Z-yə" (III nəşr) kitabından seçmə
Əmək Məcəlləsinin 48-ci, “Əmək müqaviləsi bağlanarkən işçinin təqdim etdiyi sənədlər” maddəsinin birinci hissəsinə əsasən, əmək müqaviləsi bağlanarkən işçi əmək kitabçasını, habelə şəxsiyyətini təsdiq edən sənədi təqdim edir. 
Maddədən göründüyü kimi, əmək müqaviləsinin bağlanması üçün işçinin mütləq təqdim etdiyi sənəd şəxsiyyət vəsiqəsidir. Çünki əmək kitabçası ilə bağlı istisnalar mövcuddur.
Mİsal.  İşəgötürən 12 fevral 2021-ci il tarixdə işçini işə qəbul edir. İşçi qəbul prosesində yalnız şəxsiyyət vəsiqəsini təqdim edir. Çünki işçinin ilk iş yeri olduğu üçün əmək kitabçasını işəgötürən təmin etməlidir.
Mümkündür ki, Gəncə şəhərində daimi qeydiyyatda olan işçini Bakı şəhərində işə qəbul etməsinlər. Adətən, bəzi dövlət qurumlarına işə düzələrkən bu hala rast gəlinir, işçiyə yaşadığı ünvanda işləmək tövsiyə edilir. Əmək Məcəlləsinin 48-ci maddəsinin ikinci hissəsinə əsasən, əmək müqaviləsinin bağlanması işçinin müvafiq yaşayış məntəqəsində qeydiyyatının olub-olmaması ilə şərtləndirilə bilməz. O səbəbdən işəgötürənin işçinin başqa ərazidə olması səbəbindən işə qəbul etməməsi qanuna ziddir. 
İşçi tərəfindən əmək kitabçasının təqdim olunması ilə bağlı bəzi istisnalar mövcuddur. Əmək Məcəlləsinin 48-ci maddəsinin üçüncü hissəsinə əsasən, məcburi köçkün, onlara bərabər tutulan şəxs və ya qaçqın statusu olan, habelə Azərbaycan Respublikasında ilk dəfə əmək fəaliyyətinə başlayan işçilərlə, əcnəbilərlə və vətəndaşlığı olmayan şəxslərlə əmək kitabçası təqdim edilmədən əmək müqaviləsi bağlanıla bilər.
“Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” AR Qanununa əsasən,  milliyyətinə, irqi və vətəndaşlıq əlamətinə, dini etiqadına, dilinə, habelə siyasi əqidəsinə, müəyyən sosial qrupa mənsubiyyətinə görə təqibə məruz qalması, həyatına, ailəsinə, əmlakına real təhlükə yaranması ilə əlaqədar daimi yaşadığı dövlətin onu müdafiə etməsindən istifadə edə bilməməsi, yaxud təhlükəyə görə bu müdafiədən istifadə etmək istəməməsi üzündən yaşadığı ölkənin hüdudlarından kənarda olan, Azərbaycan Respublikasının vətəndaşı olmayan şəxslər Azərbaycan Respublikası ərazisində “qaçqın”, Azərbaycan Respublikası ərazisində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçən şəxslər və ya başqa ölkədə daimi yaşayış yerini tərk etməyə məcbur olub Azərbaycan Respublikasına gəlmiş Azərbaycan Respublikasının vətəndaşları “məcburi köçkün” sayılır.
Misal üçün, Ermənistanın işğal siyasətinə görə Qubadlı rayonundan gələn şəxslər məcburi köçkün, İrəvandan gələnlər isə qaçqın hesab edilirdilər.
Mİsal. İşçi 1980-1992-ci illərdə Ağdam rayonunda fəaliyyət göstərən çaxır zavodunda çalışdığına görə işəgötürənə bildirir ki, əmək kitabçası işəgötürəndə qaldığı üçün təqdim edə bilmir. Bu zaman işəgötürən işçinin əvvəlki dövrdə iş stajı olmasına baxmayaraq, ondan əmək kitabçası tələb etməməlidir. Burada maraqlı məqam odur ki, işəgötürən işçinin əmək stajını nəzərə almalıdırmı? Əgər nəzərə almalıdırsa, necə hesablamalıdır? Fikrimizcə, işəgötürən işçinin şifahi məlumatları əsasında yox, rəsmi sənədlərə (arxiv idarəsindən arayış, əvvəlki işəgötürənin rəsmi məlumatı və s.) istinadən staj dövrünü nəzərə ala bilər.
“Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında” AR Qanununa əsasən, əcnəbilər dedikdə, Azərbaycan Respublikasının vətəndaşı olmayan və başqa dövlətin vətəndaşlığına mənsub olan şəxslərdir. Vətəndaşlığı olmayan şəxslər isə Azərbaycan Respublikasının vətəndaşı olmayan və başqa dövlətin vətəndaşlığına mənsub olmayan şəxslər hesab edilir.
Mİsal.  Amerika vətəndaşı olan Susan Mcanich özəl şirkətdə məsləhətçi vəzifəsində çalışır. Bu zaman işəgötürən həmin şəxsdən əmək kitabçası tələb etmir. Amma həmin şəxsə əmək kitabçası açılmasını təmin edir.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya [email protected]

1. PMS Sertifikatı (II mərhələ) - Test və tapşırıqlar toplusu - 2023 - YENİ 

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023  

3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023 

4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

5. Əmək Qanunvericiliyi Toplusu 2023

6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2023

9. Mühasibat uçotu 2022

10. ƏMAS platforması A-dan - Z-yə 2022

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər