ƏMAS-da 5 il müddətsiz məsələsi necə tənzimlənir?

Satışı davam edən "ƏMAS Platforması: A-dan Z-yə" kitabından seçmə

Əmək Məcəlləsinin 45-ci maddəsinin beşinci hissəsinə əsasən, müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.  Bəzi həmkarlarımız soruşurlar ki, müddətli əmək müqaviləsi 5 il müddəti keçərsə, ƏMAS altsistemində avtomatik müddətsiz olur? Xeyr, proqram təminatında həmin funksiya nəzərdə tutulmayıb. Mümkündür ki, işəgötürən 5 ili tamam olan müqaviləni daha bir il müddətinə uzatsın ki, bunu da ƏMAS altsistemi qəbul edir:

Nümunədən göründüyü kimi, dəyişiklik edilən əmək müqaviləsinin müddəti 5 ildən artıqdır. İşçinin əmək müqaviləsinin müddəti fasiləsiz olaraq 5 il müddəti əhatə edirsə, o zaman həmin müddət bitdiyi zaman müqaviləni müddətsiz etməklə əmək qanunvericiliyinin tələbinə əməl etmiş oluruq.

ƏMAS altsistemində yaradılan əmək müqaviləsində müqavilənin müddətsiz olması qeyd olunacaq:

Həmçinin əmək müqaviləsinin dəyişikliklər hissəsində müddətli müqavilənin müddətsizlə əvəz olunması öz əksini tapacaq:

Bəzi həmkarlar hesab edirlər ki, Əmək Məcəlləsində müddətli əmək müqaviləsinin tavan müddəti qanunvericiliklə 5 il müəyyən edilib. Qanunvericilikdə elə bir tələb yoxdur. Əmək Məcəlləsinin 45-ci maddəsinin birinci hissəsində qeyd edilir ki, müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Ona görə də işəgötürən və işçi arasında bağlanan müqavilənin müddəti 5 ildən çox ola bilər. 

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya mksacademy2022@gmail.com

1. PMS Sertifikatı (II mərhələ) - Test və tapşırıqlar toplusu - 2023 - YENİ 

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023  

3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023 

4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

5. Əmək Qanunvericiliyi Toplusu 2023

6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2023

9. Mühasibat uçotu 2022

10. ƏMAS platforması A-dan - Z-yə 2022

0 Komment

    Şərh yazın

    Xəbərlər