Əmək məzuniyyətlərinin növbəlilik qrafiki necə təsdiq edilir? (Nümunəvi forma)

Əmək məzuniyyətlərinin növbəlilik qrafiki necə təsdiq edilir? (Nümunəvi forma)

Satışı davam edən "A-dan Z-yə: Kargüzarlıq" (V nəşr) kitabından seçmə

Razılaşdırmalardan və düzəlişlərdən sonra qrafik yenidən Kadrlarla iş şöbəsinə təqdim edilir və burada artıq yekun növbəlilik cədvəli (qrafiki) hazırlanaraq təsdiq edilmək üçün rəhbərliyə təqdim olunur. 
Əmək məzuniyyətlərinin növbəlilik qrafiki təşkilat rəhbərinin əmri ilə təsdiq olunur. Belə əmrin nümunəvi formasını növbəti səhifədə təqdim edirik.

Blank “Alov” MMC
ƏMR 
№________

Xaçmaz şəhəri        ____ ___________________2019-cu il

2019-cu il üçün əmək məzuniyyətlərinin növbəlilik qrafikinin təsdiq edilməsi haqqında

İstehsalın və işin normal gedişinin tənzimlənməsini, məzuniyyətlərin uçotunun düzgün aparılmasını  təmin etmək məqsədilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 133-cü maddəsinin tələblərinə uyğun olaraq
ƏMR EDİRƏM:

1. “Alov” MMC-də 2019-cu il üçün əmək məzuniyyətlərinin növbəlilik qrafiki təsdiq edilsin (Əlavə olunur). 
2. Kadrlarla iş şöbəsinin müdiri Ağayeva Nazlı Həsənağa qızı işçilərin təsdiq olunmuş qrafiklə tanış olmasını, razılıq imzalarının atılmasını və 2019-cu il ərzində qrafikə əməl olunmasını təmin etsin.
3. Baş mühasib Səlimova Sultanə Samir qızı 2109-cu il üçün uçot siyasətini tərtib edərkən, məzuniyyətlərin ödənişi üçün ehtiyatın formalaşdırılmasını və bu xərclərin il ərzində bərabər şəkildə maya dəyərinə daxil edilməsini nəzərdə tutsun.
4. Əmrin icrasına nəzarəti özümdə saxlayıram.
Qoşma: 2 vərəq, 1 nüsxə

Direktor ________ Nəbili N.N.
Əmrlə tanış oldum:

Baş mühasib ___________Səlimova S.S.  

Tarix: _____ _____________
Əmək məzuniyyətlərinin növbəlilik qrafikinin yuxarısında, solda təsdiqetmə qrifi olur. Təşkilatın rəhbərinin vəzifəsi, soyadı, adı, atasının adı, əmrin tarixi və nömrəsi qeyd olunur. Təsdiqetmə qrafikinin tərtibi və sənədin hansı hissəsində, necə yerləşdirilməsi barədə kitabın əvvəlki bölmələrində geniş məlumat verilib. Qrafikin aşağısında isə təşkilatın Kadrlarla iş şöbəsinin imzası olur. Əgər təşkilatda ilk həmkarlar ittifaqı təşkilatı fəaliyyət götərirsə, o zaman sənədin yuxarısında təsdiqetmə qrifi ilə bir sırada, solda “İlk həmkarlar ittifaqı təşkilatının ____  ______2019-cu il tarixli, ______№-li rəyi nəzərə alınmışdır” qeydi yerləşdirilir

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya [email protected]

1. PMS Sertifikatı (II mərhələ) - Test və tapşırıqlar toplusu - 2023 - YENİ 

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023  

3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023 

4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

5. Əmək Qanunvericiliyi Toplusu 2023

6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2023

9. Mühasibat uçotu 2022

10. ƏMAS platforması A-dan - Z-yə 2022

0 Komment

    Şərh yazın

    Xəbərlər