HR-ların işçilərə “Əvəzgün” (day off) verilməsi zamanı ən çox etdiyi səhv

HR-ların işçilərə “Əvəzgün” (day off) verilməsi zamanı ən çox etdiyi səhv

Əmək Məcəlləsinin 164-cü maddəsinin ikinci hissəsinə əsasən, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləmiş işçinin arzusu ilə ona əmək haqqı əvəzinə başqa istirahət günü verilə bilər.
Mİsal 1. İşəgötürən 6 fevral 2022-ci il tarixdə (həftəninin bazar günü) işçini işə cəlb edir və əmr verir ki, istirahət günü işə cəlb edilən işçi həftənin çərbənşə axşamı - 8 fevral 2022-ci il tarixdə işə çıxmasın. Bu zaman işəgötürən işçiyə hər hansı əlavə ödəniş hesablamır, əsas kimi işə cəlb olunduğu istirahət günü əvəzinə ona bir iş günü istirahət verməsini göstərir. Təəssüf ki, təcrübədə əksər işəgötürənlər tərəfindən tətbiq edilən bu cür yanaşma səhvdir. İşçi çərşənbə axşamı işçiyə istirahət günü verməklə, onun aylıq iş normasını bərabərləşdirir. Fevral ayında 20 iş günü olduğu üçün 160 saat  (20 iş günü x 8 saat) iş norması mövcuddur. İşəgötürən işçini bazar günü 8 saat işə cəlb edir və istirahət günü iki qat hesablanmalı olduğu üçün işçiyə ödəniləcək iş saatı 176 saat (160 saat (aylıq iş norması) + 8 saat (bazar günü cəlb etdiyi iş saatlarının sayı) x 2 (istirahət günü işə çıxmasına görə ikiqat hesablama)) təşkil edir. İşəgötürən çərşənbə axşamı (iş günü) işçiyə 8 saat istirahət verməklə aylıq iş normasının 168 saat (176 saat (istirahət günü nəzərə alınmaqla aylıq iş saatlarının cəmi) – 8 saat (çərşənbə axşamı işçinin normal iş saatı) olmasını təmin edir. 
Bu səbəbdən də, əvəzgün verilməsinə baxmayaraq, işçinin 8 saatlıq əmək haqqının hesablanmasını da həyata keçirməlidir. Əgər əvəzgün verilməsəydi, o zaman işçiyə 16 saat hesablanmalı idisə, əvəzgün verildiyi halda 8 saat üçün əmək haqqı hesablanması həyata keçirilməlidir. Çünki Əmək Məcəlləsinin 164-cü maddəsinin birinci hissəsinə əsasən, aylıq maaş alan işçilərə iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əmək haqqı ödənilməlidir.
Əvəzgün verilməsi halını daha bir misalla izah edək.
Mİsal 2. 20 iş günü olan  işçinin əmək haqqı fevral ayında 1 000 manatdır, işçi ay ərzində istirahət günü işə cəlb edilib. İşəgötürən işçiyə istirahət günü işlədiyinə görə həftəiçi iş günlərinin birində istirahət verib. Yekunda işçi ayda 20 gün işləsə də, sadəcə bir dəfə istirahət günü işə cəlb olunub.  Bu zaman işçinin aylıq əmək haqqı 1 050 manat (1000 manat (aylıq əmək haqqısı) + 50 manat (1000 manat /20 iş günü)) təşkil edəcək. Əgər işəgötürən işçiyə istirahət günündə işə cəlbetməyə görə əvəzgün verməzsə, o halda işçinin əmək haqqı 1 100 manat ((1000 manat (aylıq əmək haqqı) + 50 manat (1000 manat /20 iş günü) x 2 (istirahət günü işə cəlb edilməyə görə müəyyənləşdirilən misil)) təşkil edəcək.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya [email protected]

1. PMS Sertifikatı (II mərhələ) - Test və tapşırıqlar toplusu - 2023 - YENİ 

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023  

3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023 

4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

5. Əmək Qanunvericiliyi Toplusu 2023

6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2023

9. Mühasibat uçotu 2022

10. ƏMAS platforması A-dan - Z-yə 2022

0 Komment

    Şərh yazın

    Xəbərlər