Natamam iş vaxtı ilə bağlı ərizə və əmr forması necə hazırlanır? (Nümunəvi formalar)

Natamam iş vaxtı ilə bağlı ərizə və əmr forması necə hazırlanır? (Nümunəvi formalar)

Satışı davam edən “A-dan Z-yə: Kargüzarlıq” (V nəşr) kitabından seçmə

Bəzi işçilər var ki, onların natamam iş vaxtı ilə işə qəbulu və ya sonradan natamam iş vaxtı ilə işləmək istəməsi işəgötürən tərəfindən qeyd-şərtsiz qəbul olunmalıdır. Bu halda yalnız natamam iş vaxtının şərtləri müzakirə mövzusu ola bilər. Tutaq ki, fəslin əvvəlində qısaldılmış iş vaxtı  ilə işləmək üçün ərizə verən və işləyən hamilə işçi qərara alır ki, natamam iş rejiminə keçsin, çünki səhhəti ona bu rejimlə işləməyə imkan vermir. Bu halda hamilə işçi işəgötürənin adına aşağıdakı məzmunlu ərizə ilə müraciət etməlidir.

“Alov” MMC-nin direktoru

Nəbili Nüsrət Nadir oğluna

Kadrlarla iş şöbəsinin mütəxəssisi

Əzimova Zülfiyyə Qafur qızı tərəfindən

ƏRİZƏ

Xahiş edirəm, 12 sentyabr 2019-cu il tarixindən başlayaraq məni hamiləliyimin qalan müddətində (hamiləliyə və doğuma görə məzuniyyətə çıxanadək) 4 saatlıq natamam iş vaxtına (saat 10:00-dan 15:00-dək, nahar fasiləsi 13:00-14:00) keçirəsiniz.

Natamam iş vaxtı ilə işlədiyim dövrdə əmək haqqının işlədiyim vaxta münasib ödənilməsinə razıyam.

Hamiləliyimlə əlaqədar aylıq həkim müayinəsindən keçmək üçün hər ayın sonuncu cümə günü mənə zəruri şərait yaratmağınızı xahiş edirəm.

Qoşma: Bakı şəhəri, 8 saylı Qadın Məsləhətxanasının arayışı,

1 vərəq, 1 nüsxə.

__________ Əzimova Z.Q.

11 sentyabr 2019-cu il

———————————————————————————

Blank “Alov” MMC

ƏMR

№________

Beyləqan şəhəri                                                          11 avqust 2019-cu il

Hamilə işçinin öz xahişi ilə natamam iş vaxtına keçirilməsi haqqında

Kadrlarla iş şöbəsinin mütəxəssisi Əzimova Zülfiyyə Qafur qızının 11 avqust 2019-cu il tarixli ərizəsinə əsasən onunla imzalanmış 13 iyun 2016-cı il tarixli və ___ №-li əmək müqaviləsinə 2 №-li Əlavə razılaşmaya uyğun olaraq

ƏMR EDİRƏM:

  1. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 245-ci maddəsinin tələblərinə uyğun olaraq 12 avqust 2019-cu il tarixindən başlayaraq Kadrlarla iş şöbəsinin mütəxəssisi Əzimova Zülfiyyə Qafur qızı hamiləliyinin qalan müddətində (hamiləliyə və doğuma görə məzuniyyətə çıxanadək) 4 saatlıq (saat 10:00-dan 15:00-dək, nahar fasiləsi 13:00-14:00) natamam iş vaxtına keçirilsin.
  2. Baş mühasib Sәlimova Sultanә Sahib qızı ştat cədvəlində Kadrlarla iş şöbәsinin mütәxәssisi üçün müəyyənləşdirilmiş aylıq vəzifə maaşı əsasında işçiyә işlәdiyi natamam iş vaxtına mütәnasib әmәk haqqı hesablanılmasını tәmin etsin.3. İşçi hamiləliyə və doğuma görə məzuniyyətə çxanadək hamiləliklə bağlı aylıq müayinədən keçmək üçün hər ayın sonuncu cümə günü vəzifə funksiyalarının icrasından azad edilsin.
  3. Əmrin icrasına nəzarət Kadrlarla iş şöbəsinin müdiri Nağızadə Nazlı Həsənağa qızına tapşırılsın.

Direktor _______ Nəbili N.N.

Əmrlə tanış oldum:

__________ Səlimova S.S.

11 avqust 2019-cu il

__________ Əzimova Z.Q.

11 avqust 2019-cu il

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya [email protected]

Bütün kitabların satışı yalnız kitabxanalar kitabxanalar vasitəsiylə həyata keçirlə bilər
1. PMS Sertifikatı (II mərhələ) - Test və tapşırıqlar toplusu - 2023 - YENİ 

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023  

3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023 

4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

5. Əmək Qanunvericiliyi Toplusu 2023

6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2023

9. Mühasibat uçotu 2022

10. ƏMAS platforması A-dan - Z-yə 2022

0 Komment

    Şərh yazın

    Xəbərlər