Direktor məzuniyyətdə olduqda səlahiyyətinin verilməsi necə tənzimlənməlidir? (Nümunəvi forma)

Direktor məzuniyyətdə olduqda səlahiyyətinin verilməsi necə tənzimlənməlidir? (Nümunəvi forma)

Satışı davam edən “A-dan Z-yə: Kargüzarlıq” (V nəşr) kitabından seçmə

Kiçik təşkilatlarda müavin ştatı nəzərdə tutulmadığından səlahiyyətlərin həvalə olunması prosedurları bir qədər fərqli olur. Bu zaman səlahiyyətlər hər hansı bir işçiyə həvalə oluna bilər və səlahiyyətlərin ötürülməsi üçün ayrıca əmrin verilməsi mümkündür (Belə əmrin nümunəvi forması növbəti səhifədə təqdim olunur). Direktorun səlahiyyətləri həvalə olunmuş işçi rəhbər məzuniyyətdə olduğu müddətdə sənədləri imzalayır, müəssisənin mülkiyyəti haqqında sərəncam verir, yeni işçilərlə əmək müqaviləsi bağlayır, işçini işdən azad edir və sair. Demək istədiyimiz odur ki, belə əmr müəssisənin fəaliyyətinin tənzimlənməsi ilə bağlı əsas sərəncamverici sənəd sayılır.

Blank “Alov” MMC

ƏMR

№________

Şəmkir şəhəri                    ____ ___________________2019-cu il

Direktorun əmək məzuniyyətində olduğu müddətdə səlahiyyətlərinin həvalə olunması haqqında

“Alov” MMC-nin direktoru Nəbili Nüsrət Nadir oğlunun 1 iyun 2019-cu ildən 30 iyun 2019-cu ilə kimi 30 təqvim günü müddətində əmək məzuniyyətində olmasını nəzərə alaraq

və Cəmiyyətin nizamnaməsinə əsaslanarq

ƏMR EDİRƏM:

  1. “Alov” MMC-nin direktorunun nizamnamə ilə nəzərdə tutulan bütün səlahiyyətləri məzuniyyətdə olduğu müddətdə Cəmiyyətin Marketinq şöbəsinin müdiri Əlizadə Nicat Həşim oğluna həvalə olunsun.
  2. Cəmiyyətin baş mühasibi Səlimova Sultanə Samir qızına tapşırılsın ki, Əlizadə Nicat Həşim oğlunun əmək haqqına direktorun səlahiyyətlərinin icra etdiyi müddətdə 500 (beş yüz) manat əlavə hesablanaraq ödənilsin.
  3. Əmrin icrasına nəzarət Kadrlarla iş şöbəsinin müdiri Ağazadə Nazilə Həsənağa qızına tapşırılsın.

Direktor ________ Nəbili N.N.

Əmrlə tanış oldum:

Marketinq şöbəsinin müdiri ________Əlizadə N.H.

Tarix: _______

Baş mühasib ________Səlimova.S.S.

Tarix: _______

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya [email protected]

Bütün kitabların satışı yalnız kitabxanalar kitabxanalar vasitəsiylə həyata keçirlə bilər
1. PMS Sertifikatı (II mərhələ) - Test və tapşırıqlar toplusu - 2023 - YENİ 

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023  

3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023 

4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

5. Əmək Qanunvericiliyi Toplusu 2023

6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2023

9. Mühasibat uçotu 2022

10. ƏMAS platforması A-dan - Z-yə 2022

0 Komment

    Şərh yazın

    Xəbərlər