Həmkarlar ittifaqına üzvlük haqqı işçinin əmək haqqının necə faizini təşkil edə bilər?

Həmkarlar ittifaqına üzvlük haqqı işçinin əmək haqqının necə faizini təşkil edə bilər?

Satışı davam edən “Əməyin uçotu: A-dan Z-yə” (III nəşr) kitabından seçmə

Bir qayda olaraq, həmkarlar ittifaqına üzvlük əmək haqqı fondunun 2 faizi həcmində həyata keçirilir. Üzvlük haqqının necə faiz olması həmkarlar ittifaqının nizamnaməsinə uyğun müəyyənləşdirilir.

Qanunda qeyd edilir ki, mülkiyyət formasından asılı olmayaraq, işəgötürən həmkarlar ittifaqının üzvü olan işçilərin əmək haqlarından həmkarlar ittifaqına üzvlük haqlarının mühasibatlıq vasitəsilə tutulmasını təmin edir və 4 iş günü müddətində həmin idarə, müəssisə və təşkilatın həmkarlar ittifaqı təşkilatının xüsusi hesabına köçürür.

Qeyd edək ki, əvvəllər müddət müəyyən edilməsə də, son dəyişikliklərdən sonra konkret 4 iş gün ərzində ödənilməsi tələbi qanunvericiliyə salınıb.

İnzibati Xətalar Məcəlləsinin 196-cı maddəsinə əsasən, mülkiyyət formasından asılı olmayaraq işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçilərin əmək haqlarından mühasibatlıq vasitəsilə həmkarlar ittifaqına üzvlük haqlarının tutulmasının təmin edilməməsinə və 4 iş günü müddətində həmin idarə, müəssisə və təşkilatın həmkarlar ittifaqı təşkilatının xüsusi hesabına köçürülməməsinə görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.

Mİsal 1. “A” MMC-də sentyabr ayı üzrə işçilərin əmək haqları hesablandıqdan sonra ödəmələr 4 iş günü ərzində həmkarlar ittifaqı təşkilatının xüsusi hesabına köçürülmədiyi halda, vəzifəli şəxslər 1000 manatdan 1500 manata qədər cərimə olunacaq.

 

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. PMS Sertifikatı (II mərhələ) - Test və tapşırıqlar toplusu - 2023 - YENİ 

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023  

3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023 

4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

5. Əmək Qanunvericiliyi Toplusu 2023

6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2023

9. Mühasibat uçotu 2022

10. ƏMAS platforması A-dan - Z-yə 2022

0 Komment

    Şərh yazın

    Xəbərlər