İşdən kənarlaşma ilə bağlı mübahisə yaradan “müvafiq səlahiyyətli orqanın qərarı ilə təsdiqlənən” ifadəsinə necə aydınlıq gətirdi?

İşdən kənarlaşma ilə bağlı mübahisə yaradan “müvafiq səlahiyyətli orqanın qərarı ilə təsdiqlənən” ifadəsinə necə aydınlıq gətirdi?

Satışına  START verilən “Əməyin uçotu: A-dan Z-yə” (III nəşr) kitabından seçmə

Konstitusiya Mәhkәmәsi Əmək Məcəlləsinin 62-ci maddəsində nəzərdə tutulan, işəgötürənə işçini işdən kənalaşdırmağa əsas verən hallardan birinə - iş vaxtı ərzində işçi bilavasitə iş yerində müvafiq səlahiyyətli orqanın qərarı ilə təsdiqlənən inzibati xətaları və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətdikdə halına aydınlıq gətirib. Konstitusiya Mәhkәmәsinin bu məsələ ilə bağlı 12 yanvar 2022-ci il tarixli qərarını diqqәtinizә çatdırırıq:

QƏRAR:

  1. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinə uyğun olaraq, işəgötürən mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə bilavasitə iş yerində və iş vaxtı ərzində baş vermiş cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə və ya inzibati xətalara görə işçini aşağıdakı hallarda özünün əsaslandırılmış qərarı ilə işdən kənar edə bilər:
  2. a) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90 və 91-ci maddələrinə müvafiq olaraq, şübhəli şəxs qismində tanınma və ya təqsirləndirilən şəxs qismində cəlb etmə barədə cinayət prosesini həyata keçirən orqanın qərarı olduqda;
  3. b) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.4-cü maddəsinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə müvafiq akt qəbul edildikdə.
  4. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
  5. Qərar Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.
  6. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

Sədr    Fərhad ABDULLAYEV

Bakı şəhəri, 12 yanvar 2022-ci il.

Mİsal. Sərnişindaşıma şirkətində avtobus sürücü vəzifəsində çalışan işçi qəza törədir. Qəza nəticəsində nəqliyyat vasitəsinin toqquşduğu minik avtomobilinin sürücüsü həlak olur. İşəgötürən hüquq-mühafizə orqanlarının istintaq tədbirləri dövründə Əmək Məcəlləsinin 62-ci maddəsinə uyğun olaraq, işçini işdən kənar edə bilər.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya [email protected]

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

2. Əmək Qanunvericiliyi Toplusu 2023

3. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

4. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

5. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2022

6. Mühasibat uçotu 2022

7. ƏMAS platforması A-dan - Z-yə 2022

0 Komment

    Şərh yazın

    Xəbərlər