MARAQLI TƏCRÜBƏ: Məhkəmə niyə işəgötürən tərəfindən 47-ci maddənin “f” bəndinin tətbiqini əsassız hesab etdi?

MARAQLI TƏCRÜBƏ: Məhkəmə niyə işəgötürən tərəfindən 47-ci maddənin “f” bəndinin tətbiqini əsassız hesab etdi?

Satışına START verilən "Əməyin uçotu: A-dan Z-yə" (III nəşr) kitabından seçmə

Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” (tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə) bəndi ilə bağlanan əmək müqaviləsinə xitam halları bəzi hallarda fərdi əmək mübahisələrinə gətirib çıxarır. Son vaxtlar qeyd edilən halların işçinə xeyrinə həll olunması ilə bağlı məhkəmə çəkişmələrinə tez-tez rast gəlinir. Maraqlı “case” olan bir məhkəmə işini nümunə kimi təqdim edirik.
Nümunə: İşçi 16 oktyabr 2013-cü il tarixdən 30 mart 2020-ci il tarixədək eyni dövlət qurumunda müxtəlif vəzifələrdə işləyib. İşçinin çalışdığı dövlət qurumu Prezidentin fərmanı ilə ləğv edilərək onun bazasında yeni qurum yaradılıb. İşçi öz xahişi ilə işdən azad olunub və onunla yeni yaranan qurum arasında 3 aylıq əmək müqaviləsi bağlanılıb. Yeni işəgötürən işçi ilə əmək müqailəsini Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” (tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə) bəndinə uyğun olaraq müddətli bağlayıb. 30 iyun 2020-ci il tarixində 3 aylıq əmək müqaviləsinin müddəti bitib və işəgötürən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən onu tutduğu vəzifədən azad edib.

İşçi məhkəmədə idda qaldırıb ki, əvvəlki dövlət qurumunda müxtəlif vəzifələrdə çalışıb, Prezidentin fərmanı ilə yaradılan yeni qurumda da oxşar vəzifələrin icrası ilə məşğul olduğundan onunla əmək müqaviləsinin müddətli bağlanılması üçün hər hansı əsaslı səbəb yoxdur.
Məhkəmə hesab edib ki, əmək müqaviləsi müddət müəyyən edilmədən bağlanmalı idi, çünki əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin daimi xarakterə malik olduğu qabaqcadan bəllidir. Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinə görə, bu halda əmək müqaviləsi müddət müəyyən edilmədən bağlanmalıdır. Həmin maddədə qeyd olunub ki, 47-ci maddədə müəyyən edilmiş hallar istisnadır. 47-ci maddənin “f” bəndinə görə, tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlana bilər.
Məhkəmənin yanaşmasına görə, işəgötürən əmək müqaviləsinin müddətli bağlanmasını qarşılıqlı razılıq olduğu üçün qanunauyğun hesab etsə də, müqavilənin müddətli bağlanmasına işçinin razılığı olmayıb. Məhkəmənin “Razılıq” anlayışına yanaşması da maraqlıdır: “Razılıq deyiləndə iradə ifadəsi başa düşülür. İradə isə insanın təfəkkür prosesi əsasında qərar qəbul etmək, öz fikir və fəaliyyətini qəbul olunmuş qərara müvafiq yönəltmək qabiliyyətidir. İradə motivlə (dərk olunmuş maraqla) müəyyənləşdirilir. İşçinin müddətə (3 aya) münasibətdə motivi yoxdur. Müqavilədəki imza isə müddətə (3 aya) münasibətdə öz-özlüyündə iradənin ifadəsi sayıla bilməz. Motiv yoxdursa, deməli, müqavilənin müddətli bağlanması barədə işçinin iradəsi də yoxdur. 47-nin “f” bəndində göstərilən qarşılıqlı razılıq mövcud deyil. Beləliklə, əmək müqaviləsinin müddətə dair şərti (2.1-ci bəndi) uydurma sayılır. Mülki Məcəllənin 340.1-ci maddəsinə görə əmək müqaviləsinin (əqdin) həmin şərtə aid hissəsi uydurma (əhəmiyyətsiz) hesab olunur və müqavilə müddətsiz bağlanmış sayılır.”
Məhkəmə hesab edib ki, işçinin işi daimi olduğundan, həmçinin ləğv edilən dövlət qurumunda işçi ilə müddətsiz əmək müqaviləsi imzalandığından işçiyə Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin tətbiq edilməsi qanunaziddir.
Yuxarıda qeyd olunan səbəbdən, 47-ci maddənin “f” bəndini tətbiq edərkən həmkaralarımıza diqqətli olmağı məsləhət görürürük ki, sonradan fərdi əmək mübahisələrinə səbəbiyyət verməsinlər.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya [email protected]

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

2. Əmək Qanunvericiliyi Toplusu 2023

3. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

4. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

5. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2022

6. Mühasibat uçotu 2022

7. ƏMAS platforması A-dan - Z-yə 2022

 
 
 

0 Komment

    Şərh yazın

    Xəbərlər