Uşağa qulluqla bağlı hansı ciddi dəyişiklik edilib? (6-cı yazı)

Uşağa qulluqla bağlı hansı ciddi dəyişiklik edilib? (6-cı yazı)

Əsasnaməyə edilən dəyişikliyə əsasən, 83-cü bənd Əsasnamədən çıxarılıb

Baş nazir Əli Əsədovun 19 avqust 2022-ci il tarixli, 320 saylı qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”yə dəyişikliklər edilib. İqtisadçı ekspert, “Əməyin uçotu: A-dan Z-yə” kitabının müəllifi Anar Bayramov yenilikləri şərh edib:

Qeyd edək ki, haqqında bəhs olunan Əsasnamə işçilərin əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı istinad olunan ən mühüm normativ hüquqi sənəd hesab edilir. Əsasnamədəki yeni dəyişikliklərlə bağlı vacib məqamları diqqətinizə çatdırmaq istəyirik.

Dəyişikliyə qədər Əsasnamənin 83-cü abzasında qeyd edilirdi ki, əgər qadın uşağa qulluq edilməsinə görə məzuniyyətin rəsmiləşdirilməsi üçün vaxtında müraciət etməmişdirsə, onda keçmiş dövr üçün müavinət müraciət edildikdə verilir və bu zaman müraciət müddəti məhdudlaşdırılmır. Maddədən göründüyü kimi, uşağa qulluğa görə müraciətinin edilməsi vaxtı ilə hər hansı məhdudiyyət qoyulmurdu.

Əsasnaməyə edilən yeni dəyişiklik nəticəsində artıq həmin abzas ləğv edilib. Beləliklə, Dövlət Sosial  Müdafiə Fondu tərəfindən uşağa qulluğa görə öncəki dövrlər üçün müraciətlər qəbul edilməyəcək.

Növbəti tematik TƏLİMİMİZ: Əmək müqaviləsinə xitamın əsasları: Əmək qanunvericiliyi və ƏMAS-ın tələbləri

Tarix: 24 sentyabr 2022-ci il saat 15:00

Təlim haqqında ətraflı məlumat üçün "+" işarəsi yazmağınız kifayətdir

Əlaqə vasitələri: 050-368-12-72 (what's up da aktivdir), 012-564-86-85 və ya [email protected]

 

 

0 Komment

    Şərh yazın

    Xəbərlər