Cəmiyyətin baş direktorunun təyin edilməsi necə rəsmiləşdirilir?

Cəmiyyətin baş direktorunun təyin edilməsi necə rəsmiləşdirilir?

Satışı davam edən “A-dan Z-yə: Kargüzarlıq” (IV nəşr) kitabından seçmə

İştirakçılarının sayı 1-dən çox olan məhdud məsuliyyətli cəmiyyətlərdə kollegial idarəetmə forması tətbiq edildiyindən, direktorun seçilməsi ümumi yığıncağın iclasında həyata keçirilir. Belə cəmiyyətlərdə ümumi yığıncağın iclası protokollaşdırılır, qərar protokolun tərkibində olur.

Burda iki hal mümkündür: Direktorun iştirakçıların içərisindən seçilməsi və ya kənar şəxsin təyin edilməsi.

Bir iştirakçıdan ibarət olan cəmiyyətdə ümumi yığıncağın səlahiyyətlərinə aid olan məsələlər barəsində qərarlar həmin iştirakçı tərəfindən təkbaşına qəbul edilir və yazılı surətdə rəsmiləşdirilir. Hər iki formalı MMC-lərdə direktorun seçilməsi (təyin olunması) və onun səlahiyyətinə vaxtından əvvəl xitam verilməsi ilə bağlı protokol və qərar nümunələrini təqdim edirik.

 “Alov” MMC-nin

iştirakçılarının növbədənkənar ümumi yığıncağının

P R O T O K O L U

№___

Bakı şəhəri                                                          “____” ________20___-ci il

 

Sədr: ______________________

Katib: _____________________

İştirak edirdilər:

“Alov” MMC-nin iştirakçıları:

  1. Soyadı, adı, atasının adı
  2. Soyadı, adı, atasının adı
  3. Soyadı, adı, atasının adı

 

Dəvət edilib:

Soyadı, adı, atasının adı (əgər direktor vəzifəsinə seçiləcək şəxs kənardan dəvət olunubsa)

Ümumi yığıncağın gundəliyi:

  1. Cəmiyyətin baş direktoru ____________ əmək müqaviləsinə xitam verilməsi;
  2. Cəmiyyətin yeni baş direktorunun seçilməsi və onunla əmək müqaviləsinin bağlanılması.

....

 

  1. EŞİDİLDİ:

Cəmiyyətin iştirakçılarından ___________ baş direktor vəzifəsinə cəmiyyətin iştirakçısı (və ya kənardan dəvət edilən) __________ seçilməsini və onunla əmək müqaviləsi bağlanılmasını təklif etdi. Əlavə təklif olmadığından təklif səsə qoyuldu.

Səsvermənin nəticələri:

Lehinə - 3 səs;

Əleyhinə - 0 səs;

Bitərəf – 0 səs.

 

  1. QƏRARA ALINDI:
  2. ___________ (şəxsiyyət vəsiqəsinin göstəriciləri) baş direktor təyin edilsin və onunla əmək müqaviləsi imzalansın.
  3. ____________ ilə əmək müqaviləsinin 5 illik müddətə və protokola əlavə olunan şərtlər daxilində imzalanması səlahiyyəti Cəmiyyətin iştirakçısı _____________ həvalə olunsun.

 

Ümumi yığıncağın sədri______ ______________

Ümumi yığıncağın katibi ______ ______________

ƏMAS sistemi ilə bağlı Növbəti tematik təlim

Təlimin adı:  ƏMAS altsistemi: Məlumatların işlənilməsi və reystrlər üzrə hesabatlılığın təmin edilməsi prosesi"

Tarix:  18 iyun 2022-ci il saat 10:00

Müddət: 4 saat

Təlim haqqında ətraflı məlumat üçün əlaqə vasitələri: 050-368-12-72 (what's upp da aktivdir), 012-564-86-85 və ya [email protected]

 
 
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər