Bazar ertəsi, 06 İyun 2022 07:43

Uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə hesablanan müavinətin sənədləşməsi

Satışı davam edən “A-dan Z-yə: Kargüzarlıq” (IV nəşr) kitabından seçmə

Uşağın üç yaşı tamam olanadək ona qulluq etməklə bağlı qismən ödənişli sosial məzuniyyət hüququ “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamədə detallı təsbit olunub.

Belə məzuniyyət dövründə uşağa qulluq edən şəxsə verilən aylıq müavinətin DSMF-nin müvafiq rayon (şəhər) şöbələri tərəfindən təyin olunur, məbləği 2018-ci ilin martın 1-dən bir yaş yarımadək uşağa qulluğa görə - 44 manat, uşağın bir yaş yarımdan üç yaşınadək qulluğa görə isə - 28 manat məbləğində müəyyənləşdirilib.

Uşaq üç yaşına çatanadək ona qulluq edilməsinə görə məzuniyyətin verilməsi üçün işçinin ərizəsinin nümunəvi formasını təqdim edirik:

“Alov” MMC-nin direktoru

Nəbili Nüsrət Nadir oğluna

Kadrlarla iş şöbəsinin mütəxəssisi

Quliyeva Əsmər Qadir qızı tərəfindən

ƏRİZƏ

Xahiş edirəm, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 127-ci maddəsinə uyğun olaraq mənə 3 yaşınadək uşağa qulluq edilməsinə görə qismən ödənilən məzuniyyət təqdim edəsiniz.

Qanunvericiliyə uyğun olaraq sosial sığorta ödənişləri hesabına aylıq müavinətin təyin edilməsi üçün tələb olunan sənədlərin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinə təqdim olunmasını təmin etməyinizi xahiş edirəm. 

Qoşma:

  1. Uşağın doğum haqqında şəhadətnaməsinin surəti, 1 vərəq, 1 nüsxə;
  2. Uşağın 3 yaşınadək ona qulluq edilməsinə görə məzuniyyətdən istifadə etməməsi haqqında atasının iş yerindən arayış, 1 vərəq, 1 nüsxə.

___________ Quliyeva Ə.Q.

Tarix: ________

————————————————————————————-

Təcrübədə bəzən belə hallara rast gəlinir ki, 3 yaşınadək uşağa qulluğa görə məzuniyyətə çıxmış işçi 1 ildən, ilyarımdan sonra vaxtından əvvəl məzuniyyətdən geri qayıdır, vəzifəsinin icrasına davam edir. Bu halda o, müəssisənin rəhbərinin adına bildiriş ərizəsi ilə müraciət edərək, rəhbərliyi məlumatlandırmalıdır. Belə ərizənin nümunəvi formasını növbəti səhifədə təqdim edirik:

“Atəş” MMC-nin direktoru

Nəbili Nüsrət Nadir oğluna

Kadrlarla iş şöbəsinin mütəxəssisi

Quliyeva Əsmər Qadir qızı tərəfindən

ƏRİZƏ

3 yaşınadək uşağa qulluqla bağlı məzuniyyətdən vaxtından əvvəl işə qayıtmağımla bağlı Sizi məlumatlandırır və 24 avqust 2019-cu il tarixindən işə başlayacağımı nəzərə almağınızı xahiş edirəm.

___________ Quliyeva Ə.Q.

Tarix: ________

————————————————————————————-

Yeni doğulmuş uşağa 3 yaşınadək qulluq etmək üçün məzuniyyətdən uşağın anası kimi atasının da istifadə etmək hüququ var. Bu zaman təşkilatın rəhbərliyinə ərizə ilə müraciət etmək lazım gəlir. Həmin ərizənin nümunəvi formasını təqdim edirik:

 

“Alov” MMC-nin direktoru

Rüstəmov Cavad Murad oğluna

Satış şöbəsinin əməkdaşı

Quliyev Mirzə Rəsul oğlu tərəfindən

 

ƏRİZƏ

Xahiş edirəm, uşağımın 3 yaşı tamam olanadək ona qulluq edilməsi ilə bağlı məzuniyyət hüququmdan istifadəni və məzuniyyət müddətində sosial sığorta ödənişləri hesabına aylıq müavinətin ödənilməsini təmin edəsiniz.

Qoşma:

  1. Uşağın doğum haqqında şəhadətnaməsinin surəti, 1 vərəq, 1 nüsxə;
  2. Uşağın 3 yaşınadək ona qulluq edilməsinə görə məzuniyyətdən istifadə etməməsi haqqında anasının iş yerindən arayış, 1 vərəq, 1 nüsxə.

 

___________ Quliyeva M.R.

Tarix: ________

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat - satışı bitib
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

 
 
 

Şərh yazın