Xəbər verildiyi kimi, COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları da 2020-ci il 5 iyul saat 6:00-dan 20 iyul saat 6:00-dək sərt karantin rejimi tətbiq edilən ərazilərə aid olunub. Qeyd edək ki, indiyə qədər Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda tətbiq edilirdi və o ərazilər üzrə də xüsusi karantin rejimi 20 iyuladək uzadılıb.
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi icaze.e-gov.az portalında iş icazələri ilə bağlı ciddi dəyişikliklər həyata keçirir. Artıq işəgötürən işçini ezamiyyəyə göndərəndə mütləq olaraq portalda qeydiyyatdan da keçirməlidir. Bununla bağlı olaraq, portal "ezamiyyə" bölməsi əlavə edilib:
İşəgötürən "ezamiyyə" bölməsinə daxil olduqdan sonra "Yeni ezamiyyə" düyməsini sıxmaqla ezamiyyə haqqında məlumatları daxil etməlidir:
Yeni ezamiyyə bölməsində işçilər, ezamiyyə olunan ərazi, ezamiyyə başlanma və bitmə tarixi və s. göstəricilər daxil edilməlidir:
Mks.az saytının ekspertləri əmək qanunvericiliyinin şərh edildiyi “Əmək qanunvericiliyi və şərhlər toplusu - 2020” (II nəşr)
və kargüzarlığın təşkili, aparılması və bütün növ kadr rəsmiləşdirilməsini əhatə edən “A-dan Z-yə Kargüzarlıq” (III nəşr)
adlı 2 yeni nəşrini
GƏLƏN HƏFTƏDƏN SATIŞDA
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.