Yeni və köhnə hesablar üzrə vergi və sosial ayırmalar necə uçota alınır?

Yeni və köhnə hesablar üzrə vergi və sosial ayırmalar necə uçota alınır?

Hər bir müəssisənin gündəlik rastlaşdığı müxabirləşmələrdən, əməliyyatlardan biri də vergi ilə bağlıdır. Gündəlik mal satışı, gündəlik xidmət göstərilməsi və s. Bu kimi əməliyyatlar zamanı ƏDV-nin hesablanılmasına rast gəlirik. Həmçinin, hər ayın sonunda gəlir vergisinin, ilin sonunda mənfəətin, rüblük sadələşdirilmiş verginin, ümumiyyətlə Vergi Məcəlləsinə əsasən, hesablanan vergilərin müxabirləşmələri də maraqlı məqamlardandır.Yeni hesablar planında bu 52 saylı maddədə olan hesablarda uçota alınır.
52. Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər
521. Vergi öhdəlikləri
522. Sosial sığorta və təminat üzrə öhdəliklər
523. Digər məcburi ödənişlər üzrə öhdəliklər
Hesablar planının 52-ci bölməsində və mühasibat balansının 52-ci maddəsində cari vergilər, sosial sığorta ödənişləri və digər məcburi ödənişlər
üzrə hesabat tarixindən sonra 12 ay ərzində büdcəyə köçürülməli olan məbləğlər barədə ümumiləşdirilmiş məlumatlar göstərilir. “Vergi öhdəlikləri” adlı 521 nömrəli hesabda cari vergilər üzrə hesabat tarixindən sonra 12 ay ərzində büdcəyə köçürülməli olan məbləğlər göstərilir.

“Sosial sığorta və təminat üzrə öhdəliklər” adlı 522 nömrəli hesabda Azərbaycan Respublikasının qanunlarına əsasən həyata keçirilməli olan məcburi sığorta ödənişləri üzrə hesabat tarixindən sonra 12 ay ərzində büdcəyə köçürülməli olan məbləğlər göstərilir.
521 və 522-ci hesablara daxil olmayan və hesabat tarixindən sonra 12 ay ərzində ödənilməsi qanunla tələb olunan məbləğlər “Digər məcburi ödə-
nişlər üzrə öhdəliklər” adlı 523 nömrəli hesabda göstərilir.
Bəs, əvvəlki hesablar planında bunlar hansı hesablarla uyğun gəlir. Köhnə hesablar planında 67 saylı “Büdcədənkənar ödənişlər üzrə hesablaşmalar”
, 68 saylı “Büdcə ilə hesablaşmalar” və 69 saylı “Məcburi sosial sığorta üzrə hesablaşmalar” hesabları vardı ki, yeni hesablar tam olaraq onları əvəz edir.

67 №-li «Büdcədənkənar ödənişlər üzrə hesablaşmalar» hesabı

67 №-li «Büdcədənkənar ödənişlər üzrə hesablaşmalar» hesabı müəssisələrin müxtəlif büdcədənkənar fondlara ödədikləri ödənişlər üzrə dövlət
orqanları ilə hesablaşmaları (sosial sığorta və təminat üzrə hesablaşmalardan başqa) haqqında məlumatların ümumiləşdirilməsi üçün nəzərdə tutulub.

68 №-li «Büdcə ilə hesablaşmalar» hesabı

68 №-li «Büdcə ilə hesablaşmalar» hesabı müəssisənin və onun işçi heyətinin ödədiyi vergilər üzrə büdcə ilə hesablaşmalar haqqında məlumatları
ümumiləşdirmək üçün nəzərdə tutulub. Vergilərin hesablanması və ödənilməsi qaydası qanunverici və digər normativ aktlarla nizamlanır.

69 №-li «Sosial sığorta və təminat üzrə hesablaşmalar» hesabı

69 №-li «Sosial sığorta və təminat üzrə hesablaşmalar» hesabı müəssisənin işçi heyətinin dövlət sosial sığortası, pensiya təminatı və başqaları üzrə
hesablaşmaları haqqında məlumatları ümumiləşdirmək üçün nəzərdə tutulub.
Sosial sığorta və təminatlara ayırmaların edilməsi qaydaları müvafiq qanunvericilik və digər normativ aktlarla nizamlanır.
69 №-li «Sosial sığorta və təminat üzrə hesablaşmalar» hesabına aşağıdakı  subhesablar açıla bilər:
69 -1 «Sosial sığorta üzrə hesablaşmalar»
69 -2 «Pensiya təminatı üzrə hesablaşmalar» və başqaları.
Aydın olur ki, 521 saylı hesab 68 saylı balans hesabını, 522 saylı hesab isə 69 saylı hesabını, 523 saylı hesab isə 67 saylı balans hesabını əvəz edir.
Bir məqamı da qeyd edək ki, istənilən şəxs bu hesablarda əlavə subhesablar aça bilərlər.
Məsələn:
521-1. «İşçilərin əməkhaqqılarından gəlir vergisi
521-2. «ƏDV»
521-3. «Mənfəət vergisi»
522-4. «Sadələşdirilmiş vergi»__

0 Komment

    Şərh yazın

    Xəbərlər