Yeni və köhnə hesablar üzrə mənfəət vergisi necə uçota alınır?
Hesabat ilində müəssisələrin bütün fəaliyyətlərinin nəticəsi mənfəət və ya zərərdir. Yeni hesablar planı ilə köhnənin bir üst-üstə düşən cəhəti var ki, mənfəət və zərər 80 saylı balans hesabında uçota alınır. Daha doğrusu, yeni hesablar planında bu məqsədlə 80 saylı maddə və 801 saylı hesab qəbul olunub. Qeyd edək ki, əvvəlki hesablar planının 80 saylı hesabında uçota alınan əməliyyatların çoxusu eyni ilə yeni – 801 saylı hesabda uçota alınır. Məsələn, maliyyə gəlirləri və maliyyə xərcləri. Bunlar əvvəllər birbaşa 80 saylı hesaba yazılırdı, amma yeni hesablarda belə gəlirlər və ya xərclər əvvəlcə başqa hesablarda gəlir və ya xərc kimi uçota alınır, sonradan isə 801 saylı hesaba yazılır. Fərq əsasən, bundan ibarətdir.
Gəlin, əvvəlcə, həm əvvəlki 80 saylı balans hesabında, həm də yeni hesablar planının 801 saylı hesabında uçotu alınan əməliyyatlar haqqında məlumat verək, sonra həmin əməliyyatların yeni hesablarda necə uçota alınması barədə misallar vasitəsilə müxabirləşmələrə baxaq.
Yeni hesablar planı. Maddə 80. Ümumi mənfəət (zərər)
801. Ümumi mənfəət (zərər)
Hesablar planının 80-ci bölməsində mənfəət və zərər haqqında hesabatda təqdim edilməli olan ümumi mənfəət (zərərlər) barədə məlumatların ümu-
miləşdirilməsi nəzərdə tutulur. Ümumi mənfəət hesablar planının 6-cı hissəsində qeyd olunmuş gəlirlərin ümumiləşdirilmiş məbləğindən hesablar planının 7-ci hissəsindən hesablanmış xərclər çıxılmaqla müəyyən edilir. İndi isə köhnə hesablar planının 80 №-li hesabına nəzər salaq.
80 №-li «Mənfəət və zərər» hesabı
80 №-li «Mənfəət və zərər» hesabı hesabat ilində müəssisənin fəaliyyətinin son maliyyə nəticələrinin formalaşması haqqında məlumatları ümu-
miləşdirmək üçün nəzərdə tutulub. Balans mənfəəti (zərəri) mühasibat uçotu əsasında təsərrüfat əməliyyatlarının və balans maddələrinin qiymətləndirilməsinin sonuncu maliyyə nəticəsi kimi özündə müəssisənin əsas vəsaitlərinin və başqa əmlaklarının, məhsullarının (işlərinin, xidmətlərinin) satışından olan mənfəəti (zərəri), həmçinin qeyri-satış əməliyyatlarından gələn gəlirləri (bu əməliyyatlar üzrə xərc məbləğləri çıxılmaqla) cəmləşdirir.
Məhsulların (iş və xidmətlərin) və malların satışından mənfəət (zərər) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş vergilər
və digər məcburi ödənişlər nəzərə alınmadan qüvvədə olan qiymətlərlə məhsulların (iş və xidmətlərin) satışından gələn gəlirlə onların istehsalına
və satışına çəkilən xərclər arasındakı fərq kimi müəyyən edilir.
Hesabat ilində aşkar edilmiş, lakin keçmiş illərin əməliyyatlarına aid olan mənfəət, yaxud zərər hesabat ilinin təsərrüfat əməliyyatının nəticələrinə
daxil edilir. Hesabat dövründə alınmış, lakin gələcək hesabat dövrünə aid olan gəlirlər uçotda ayrı maddə üzrə gələcək dövrlərin gəlirləri kimi əks etdirilir. Bu gəlirlər onların aid olduğu hesabat dövrü gələn zaman həmin dövrün təsərrüfat fəaliyyətinin nəticələrinə daxil edilir. Son maliyyə nəticəsi (mənfəət və ya zərər) məhsul (iş, xidmət), digər maddi sərvətlərin satışından əldə edilən maliyyə nəticəsindən və qeyri-satış əməliyyatları üzrə xərc məbləğləri çıxılmaqla bu əməliyyatlardan əldə olunan gəlirlərdən ibarətdir. 80 №-li «Mənfəət və zərər» hesabının debetində müəssisənin zərərləri (itkiləri), kreditində isə mənfəətləri (gəlirləri) əks etdirilir. Həmin hesabın debet və kredit dövriyyələrinin üzləşdirilməsi hesabat dövrünün son maliyyə nəticəsini göstərir.
0 Komment
Şərh yazın