PMS Sertifikatında 10 ballıq tapşırıqlarda fiziki şəxslərin gəlir vergisinin hesablanması

PMS Sertifikatında 10 ballıq tapşırıqlarda fiziki şəxslərin gəlir vergisinin hesablanması

Satışı davam edən "PMS Sertifikatı (II mərhələ)" (III nəşr) kitabından seçmə

Vergi Məcəlləsinin 99.1-ci maddəsinə əsasən, muzdlu işə aid olmayan fəaliyyətdən gəlirlər sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətlərindən gələn gəlirlərdən ibarətdir. Həmin fəaliyyət üzrə gəlir vergisinin hesablanması ilə bağlı bəzi məqamları diqqətinizə çatdırmaq istəyirik.

Birinci məqam dividend gəlirləri ilə bağlıdır. 1 yanvar 2024-cü il tarixdən Vergi Məcəlləsində edilən dəyişikliyə əsasən, Vergi Məcəlləsinin 122.1-ci maddəsinə əsasən, rezident müəssisə tərəfindən ödənilən dividenddən ödəmə mənbəyində 10 yox, 5 faiz dərəcə ilə vergi tutulur. 
Mİsal. Vergi ödəyicisi 2024-cü ilin aprel ayında qərar verir ki, 2023-cü ilin nəticələrinə görə təsisçilərə 30 000 manat dividend hesablasın. Bu zaman vergi ödəyicisi ödəmə mənbəyində 5 faiz vergi hesabladığı üçün təsisçilərə 27 000 manat yox, 28 500 manat (30 000 manat (hesablanan dividend) – 1 500 manat (dividend üzrə ödəmə mənbəyində vergi)) dividend ödəyəcək.
Maddə ilə bağlı vacib məqam vergi ödəyicisinin ötən illər üzrə dividendlər ödəyərkən verginin 10 faizlə yox, 5 faizlə hesablanmasıdır.
Mİsal. Vergi ödəyicisi 2024-cü ilin may ayında qərar verir ki, ötən 3 ildə formalaşan xalis mənfəət üzrə 40 000 manat məbləğində dividend ödəsin. Bu zaman 3 il üzrə formalaşan dividend üzrə ödəmə mənbəyində 5 faiz vergi hesablamaqla 38 000 manat (40 000 manat – 2 000 manat (40 000 manat x 5 faiz)) məbləğində dividend ödəyəcək.
İkinci məqam isə fiziki şəxslərin banklarda yerləşdirdiyi vəsaitlərlə bağlıdır. Vergi Məcəlləsinə əlavə edilən 102.1.22-3-cü maddəyə əsasən, yerli bank və xarici bankın Azərbaycan Respublikasındakı filialı tərəfindən fiziki şəxslərin hər bir bankda (xarici bankın Azərbaycan Respublikasındakı filialında) milli valyutada olan depozitlər üzrə hesablanan aylıq faiz gəlirlərinin 200 manatadək olan hissəsi gəlir vergisindən azaddır.
Mİsal.  Vergi ödəyicisi 30 000 manat məbləğində vəsaiti illik 10 faiz olmaqla 1 il müddətinə banka depozit kimi yerləşdirib. Bu zaman həmin vəsait üzrə hesablanan aylıq gəlirin 200 manatlıq hissəsi gəlir vergisindən azaddır. Misal üçün, vətəndaş həmin depoziti 1 ilin sonunda əldə edərsə, bu zaman hesablanmış faiz 3 000 manat  (30 000 manat x 10 faiz) təşkil edəcək. Güzəşt məbləği aylıq 200 manat olduğu üçün illik məbləğ 2 400 manat (200 manat x 12 ay) təşkil edəcək. Bu zaman bank vətəndaşa ödənən faizin 600 manatlıq (3 000 manat (hesablanmış) - 2 400 manat (güzəşt olunan) hissəsindən ödəmə mənbəyində vergi hesablayacaq.
Mİsal. Öncəki misalın davamı olaraq bildirək ki, vətəndaş iki fərqli bankda 30 000 manatla olmaqla cəmi 60 000 manat depoziti 1 illik müddətə yerləşdirib. Bu zaman hesablama hər bir bank üzrə birinci misala uyğun həyata keçiriləcək. Çünki həm 102.1.22-3-cü, həm 102.1.22-4-ci maddədə “fiziki şəxslərin hər bir bankda (xarici bankın Azərbaycan Respublikasındakı filialında) milli valyutada olan depozitlər üzrə hesablanan” ifadəsi mövcuddur.
Bank əmanətləri ilə bağlı Vergi Məcəlləsinə əlavə edilən digər 102.1.22-4-ci maddəyə əsasən yerli bank və xarici bankın Azərbaycan Respublikasındakı filialı tərəfindən fiziki şəxslərin hər bir bankda (xarici bankın Azərbaycan Respublikasındakı filialında) milli valyutada olan depoziti 18 ay və daha artıq müddətə yerləşdirildikdə və depozitin məbləği 18 aydan tez olmayaraq ödənildikdə hesablanan faiz gəlirlərinin tam hissəsi – 3 il müddətinə vergidən azaddır.  Vergi Məcəlləsinə əlavə edilən digər 102.1.22-4-cü maddədə isə birincidən fərqli olaraq müddəti tələbi mövcuddur – 18 ay. 18 aylıq müddət tələbi olarsa, o zaman aylıq faiz gəliri üzrə 200 manat tələbi olmur və tam məbləğ gəlir vergisindən azad edilir.
Mİsal. Vətəndaş banka 24 ay müddətinə 30 000 manat məbləğində illik 10 faiz olmaqla vəsait yerləşdirib. Həmin vəsait müqavilə müddəti başa çatdıqdan sonra əldə edilərsə,o zaman hesablanan tam faiz məbləğinə gəlir vergisi tətbiq edilməyəcək.
Mİsal. Misalımızın davamı olaraq bildirək ki, fiziki şəxs banka 24 ay müddətinə və illik 10 faiz olmaqla yerləşdirdiyi 30 000 manat vəsaiti 12 aydan sonra əldə etmək istəyir. Vəsaiti yerləşdirdikdə depozit müddətinin Vergi Məcəlləsinin 102.1.22-4-cü maddəsində nəzərdə tutulan 18 aydan çox olmasına baxmayaraq, fiziki şəxs həmin vəsaiti 18 aydan tez əldə edib. Bu səbəbdən də artıq faiz gəliri üzrə güzəşt tam məbləğə yox, Vergi Məcəlləsinin 102.1.22-3-cü maddəsinin tələblərinə uyğun olaraq aylıq faiz gəlirinin 200 manatadək olan hissəsinə tətbiq olunacaq.
Mümkündür ki, vətəndaş 1 yanvar 2023-cü il tarixində 24 aylıq müddətə banka depozit yerləşdirib. 24 aydan sonra depozit üzrə ödənilən faiz gəlirlərinin hesablanması Vergi Məcəlləsinin 102.1.22-4-cü yox, 102.1.22-3-cü maddəsinin tələblərinə uyğun olacaq.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024 (YENİ) - SATIŞI BİTİB (iyun ayında yeni nəşr olacaq)

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu - Satışı bitib

3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) - SATIŞI davam edir

4. A-dan Z-yə: Kargüzarlıq - Satışı davam edir

5. Əmək Qanuvericiliyi Toplusu 2023 - Satışı davam edir

6. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 - Satışı davam edir

7. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  - Satışı davam edir

8. ƏMAS Platforması - 2024 (II nəşr) - 27 may tarixindən SATIŞDA

9. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2024 - iyunayından satışda

10. Əmək Bələdçisi - 2024 - sentyabr ayından satışda

11.  Vergi Platforması - 2024 - iyun ayından satışda satışda

12.  PMS Sertifikatı (I mərhələ) - I nəşr Test və tapşırıqlar toplusu - iyun 2024-cü il tarixdən satışda

13.  Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - İyun 2024-cü il tarixdən satışda

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər