Sahibkarlıq subyektlərinin öz işlərini düzgün qura bilməsində auditin xüsusi rolu var. Mövzunu “vergiler.az” üçün “A Audit and Consulting” MMC-nin direktoru, auditor Rüfət Əliyev şərh edir.

Audit - əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır. Audit yoxlaması məcburi və ya könüllü (təsərrüfat subyektinin öz təşəbbüsü ilə) ola bilər.

“Auditor xidməti haqqında” Qanunun 2-ci maddəsinə görə, öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür.

İcbari auditin təsərrüfat subyektləri səhmdar cəmiyyətlər, bir çox ictimai əhəmiyyətli qurumlar və s. olsa da, bu yazıda hədəf auditoriyamız məhdud məsuliyyətli cəmiyyətlərdir.