İcarə haqqı fəaliyyəti ilə məşğul olan fiziki şəxs gəlir vergisi də ödəməlidir?

İcarə haqqı fəaliyyəti ilə məşğul olan fiziki şəxs gəlir vergisi də ödəməlidir?

Sual: Mən şəxsi daşınmaz əmlakın icarəyə və kirayəyə verilməsi fəaliyyət növü ilə (kod 68200) fəaliyyət göstərirəm. Aylıq gəlirimdən 14% vergi mükəlləfiyyəti var. Aydınlaşdırmaq istəyirdim ki, Vergi Məcəlləsinin 151.5.1-ci maddəsində göstərilən məzmun bu fəaliyyətimə aiddir yoxsa o 20% vergi mükəlləfiyyəti ilə fəaliyyət göstərən sakibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə aiddir?
Nərgiz Məhərrəmova Rasim, [email protected], Bakı (30.06.2018)

Cavab: Bildiririk ki, sorğunuzda qeyd edilən maddə hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin cari ödəmələrini tənzimləyir.
Fiziki şəxs tərəfindən əmlakın icarəyə verilməsi Vergi Məcəlləsinə əsasən qeyri-sahibkarlıq fəaliyyəti hesab olunduğundan, bu fəaliyyətlə məşğul olan fiziki şəxslərin gəlir vergisi üzrə cari ödəmələri etmək vəzifəsi yoxdur.
Bax: Vergi Məcəlləsinin 99.3.3-cü və 151-ci maddələri.

 

SATIŞDA OLAN NƏŞRLƏRİMİZ

0 Komment

    Şərh yazın

    Xəbərlər